SON DƏQİQƏ

naxcivanxeberleri.com

Batabat Dövlət Təbiət Qoruğu zərərvericilərə qarşı dərmanlanıb

Batabat Dövlət Təbiət Qoruğu zərərvericilərə qarşı dərmanlanıb
4-07-2020, 12:33

Batabat Dövlət Təbiət Qoruğu ərazisində son vaxtlar zərərvericilər geniş yayılaraq ağaclara və kol bitkilərinə ziyan verməyə başlayıb. Zərərvericilərin qoruq ərazisində yayılmasının qarşısını almaq üçün dezinfeksiya tədbirlərinə başlanıb. Dərmanlama tədbirlərinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin xüsusi təyinatlı 3, Şahbuz Rayon Baytarlıq İdarəsinin 1 avtomobili cəlb olunub. Qoruq ərazisindəki kol və ağac bitkiləri ilə yanaşı, insanların istirahət etdikləri ərazilər və yollar da dərmanlanıb. Mütəxəssislər bildirir ki, bu zərərvericilər Batabat ərazisində ötən qışın digər bölgələrə nisbətən mülayim keçməsi nəticəsində geniş yayılıb. Qeyd edək ki,bu zərərvericilər şəxsi təsərrüfatlarda, bağlarda yayılarsa, təsərrüfat sahibləri mütləq dərmanlama tədbirləri görməlidir. Əks halda zərərvericilər təsərrüfata ciddi ziyan verə bilər.

Novruz Məmmədov

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31