SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa müddətdə ödəniləcək

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa müddətdə ödəniləcək
3-07-2020, 18:07

21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda 190 manat birdəfəlik ödəmələr qısa bir müddətdə hissə-hissə ödəniləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, birdəfəlik ödəmələrlə bağlı qərar qəbul olunub və bu, 8 rayon üzrə tətbiq olunacaq: "Bu ödənişlər qısa bir müddətdə hissə-hissə ödəniləcək, məqsəd odur ki, insanlar kütləvi şəkildə bankomatların qarşısında toplaşmasın. Yenidən karantin rejimi tətbiq olunan ərazilərdə 190 manat birdəfəlik ödəmənin verilməsi məsələsinə gəldikdə isə bu məsələ müzakirə olunacaq və yaxın zamanda bunula bağlı müzakirələrin nəticəsi məlum olacaq".

Şahmar Mövsümov həmçinin bildirib ki, rayonlara gediş-gəliş məsələsinə gəldikdə mövcud sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq qərar belədir ki, bu qadağa bir müddətdə qüvvədə qalsın.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31