SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Nikahın pozulmasının hüquqi və sosioloji tərəfləri” mövzusunda onlayn konfrans keçirilib

“Nikahın pozulmasının hüquqi və sosioloji tərəfləri”   mövzusunda onlayn konfrans keçirilib
3-07-2020, 17:41

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Nikahın pozulmasının hüquqi və sosioloji tərəfləri” mövzusunda onlayn konfrans keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, muxtar respublikada aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, gənc ailələr üçün yeni yaşayış komplekslərinin tikilməsi və onlara ipoteka kreditlərinin ayrılması ailə institutuna göstərilən qayğının bariz nümunəsidir. Məhz bu siyasətin nəticəsidir ki, ailə quran gənclərin sayı ildən-ilə artır, boşanmaların sayı isə azalır.  Çünki ölkəmizdə ailə dövlət tərəfindən qorunur və himayə edilir. Azərbaycan Respublikasının Konstitusiyası  və qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir.

Təəssüf ki, bəzən ailə daxili baş verən anlaşılmazlıqlar və münaqişələr ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünü zəruri edir. Bu da tərəflər arasında  nikahın pozulması ilə nəticələnir. Tərəflər məhkəməyə və qeydiyyat şöbəsinə müraciət edərək  nikahlarını pozurlar. Bu cür halların baş verməsi gələcəkdə həmin ailədə böyüyən uşaqların həyatına, tərbiyəsinə mənfi psixoloji təsir edir.

 Mövzu ətrafında nazirliyin  əməkdaşı Həbibə Əliyeva “Nikahın pozulmasının hüquqi tərəfləri” mövzusunda çıxışında qeyd edib ki, ailə münasibətlərinin hüquqi tənzimi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı  prinsiplərinə uyğun həyata keçirilir.

Onlayn konfransda nazirliyin əməkdaşı Rəşad Allahverdiyev “Nikah pozulduqdan sonra alimentin ödənilməsi ilə bağlı yaranan çətinliklər”, Məhkəmə Ekspertizası Mərkəzinin psixoloq eksperti Fariz Səyyadov “Nikahın pozulmasının uşaqlara sosial-psixoloji təsiri”, Naxçıvan Universitetinin müəllimi Aygün Rüstəmova “Sağlam ailə münasibətlərinin formalaşmasında təhsilin rolu”, Naxçıvan Dövlət Universitetinin müəllimi Yunis Xəlilov “Boşanma ərəfəsində uşaqların mənəvi və psixoloji zərər görməməsi üçün zəruri olan hərəkətlər ” mövzularında çıxış edərək iştirakçılara ətraflı məlumat veriblər.

         Sonda mövzular ətrafında müzakirələr aparılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31