SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonu muxtar respublikanın ildən-ilə daha da yaşıllaşan bölgəsinə çevrilib

Sədərək rayonu muxtar respublikanın ildən-ilə daha da yaşıllaşan bölgəsinə çevrilib
3-07-2020, 16:40

Muxtar respublikada yaşıllıqların salınması istiqamətində görülən işlər Sədərək rayonunda da uğurla davam etdirilir. Ötən 6 ayda rayonda ümumilikdə, 8,7 hektar sahədə 5700 meyvə, 1200 meşə, 1570 həmişəyaşıl, 6830 gül-bəzək kolları və 1420 üzüm tingi əkilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan-Sədərək magistral yolunun sağ hissəsində və dəyirmanın yanındakı 1 hektar ərazidə yeni meyvə bağı salınıb, burada 650 ərik və 550 alça tingi əkilib.

Qeyd edək ki, Sədərək rayonu qardaş Türkiyə və düşmən Ermənistan ilə həmsərhəd bölgəmizdir. Qardaş ölkədən “Ümid körpüsü” vasitəsilə bura gələnlərin ilkin təəssüratlarının yaranmasına yol açan Sədərəkdə aparılan kompleks quruculuq, abadlıq işləri bölgənin simasını tamamilə dəyişib. Bir-birindən yaraşıqlı binalar, park və xiyabanlar, milli memarlıq üslubunda ucaldılmış tikililər, rahat, geniş yollar, gözəl təbiət mənzərələri və bağ-bağatlar rayonu füsunkar məkana çevirib. Ötən 6 ayda Sədərəkdə şənbə iməciliklərində tinglərin əkilməsi, onlara lazımi aqrotexniki qulluğun göstərilməsi yaşıllıq sahələrinin daha da genişlənməsinə yol açıb.

Ümumilikdə, muxtar respublikada aparılan yaşıllaşdırma tədbirləri nəticəsində vaxtilə qədim diyarın cəmi 0,6 faizi yaşıllıq olduğu halda, bu gün həmin rəqəm 20 faizi ötüb. Bunu Sədərək rayonunun timsalında da görmək olar.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31