SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müəllimlər üçün onlayn müsahibələrə start verilir

Müəllimlər üçün onlayn müsahibələrə start verilir
3-07-2020, 14:11

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədi ilə 4-20 may tarixlərində keçirilmiş onlayn müsahibələrdə iştirakını təsdiq etməyən 90 namizəd üçün növbəti həftə təkrar onlayn müsahibələr təşkil olunacaq. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Onlayn müsahibələrin təşkilinə dair qərar ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədardır. 

İyulun 6-dan etibarən sözügedən kateqoriyaya aid olan namizədlərin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiq etmələri barədə məlumat yerləşdiriləcək. Namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq, əlavə edilmiş hissəyə elektron ünvanlarını daxil etməli, həmçinin 8 iyul saat 23:59-dək müsahibədə iştiraklarını təsdiqləməlidirlər. 

Namizədlər müsahibədə iştiraklarını təsdiq etmədikləri halda bu, imtina kimi qəbul ediləcək və onların ötən tədris ilində müddətli əmək müqaviləsi ilə çalışdıqları müəssisədəki dərs yükü müəllimlərin növbəti işə qəbulu müsabiqəsi zamanı vakansiya kimi elan olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31