SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər…

Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər…
3-07-2020, 13:12

COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşların, iş adamlarının prosesdə fəal iştirak etməsinə səsləyən çağırışlar üstünlük təşkil edir.

Pandemiyanın nə zaman azalacağı və ya bitəcəyi barədə məlumatların verilməsi hələ də mümkün deyil. Xəstəliyin qarşısının alınmasında hələlik yeganə vasitə olan özünütəcrid prosesi nə qədər sürətlənərsə, onun qarşısının alınması da asanlaşar. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir.

Yeri gəlmişkən, İqtisadiyyat naziri Mikayıl Cabbarov da son mətbuat konfransında bu barədə ciddi mesajlar verib. Pandemiyanın təsirlərinin uzun müddət davam biləcəyini istisna etməyən nazir bildirib ki, bu səbəbdən sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər: “İstər cəmiyyət, istərsə də sahibkarlar mövcud tələblərə uyğunlaşmalıdırlar. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu, onların biznesləri üçün daha vacibdir. Sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir”.

Xüsusi karantin rejimində bir sıra iş və xidmət sahələrində işlər davam etdirilir. Bununla belə, insanların sağlamlığının qorunması baxımından, həmin məkanlarda sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vacibdir. Belə ki, sahibkarlıq subyektləri fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməlidir. Bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmalı, iş və xidmət sahələri qoruyucu vasitələrlə: əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s. ilə təmin edilməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31