SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayon Yuxarı Yaycı kəndində maarifləndirici tədbir keçirilib

Şərur rayon Yuxarı Yaycı kəndində maarifləndirici tədbir keçirilib
23-02-2019, 16:44

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Şərur rayon Yuxarı Yaycı kənd tam orta məktəbində müəllim-texniki işçi heyətinin iştirakı ilə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirin keçirilmə məqsədi ümumtəhsil məktəblərində yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, yanğın təhlükəsizliyinin təmin edilməsi, dəm qazı, dəm qazından zəhərlənmələr zamanı ilk tibbi yardımın öyrədilməsi olub.
Tədbiri giriş sözü ilə açan Yuxarı Yaycı kənd tam orta məktəbinin direktoru Qəmər Əliyeva bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs etmiş və tədbirin mаhiyyəti bаrədə iştirаkçılаrа məlumаt vеrib.
Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmət kapitanı Şıxəli Əliyev ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi qaydaları, qaz təsərrüfatı, dəm qazı, ondan qorunma yolları və dəm qazını aşkar edən cihaz haqqında dinləyicilərə məlumat verib.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin baş inspektoru daxili xidmət baş leytenantı Tural Talıbov ilkin yanğınsöndürmə vasitələi və onlardan istifadə qaydaları qaydaları haqqında müəllim-texniki işçi heyətinə məlumat verib.
Maarifləndirici tədbir zamanı əyаni vаsitələrdən istifаdə еdilib, müəllim-texniki işçi heyətini maraqlandıran suаllаr cаvаblаndırılıb.



Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30