SON DƏQİQƏ

naxcivanxeberleri.com

Erkən qocalmaya səbəb olan qidalar

Erkən qocalmaya səbəb olan qidalar
30-06-2020, 07:21

Rusiyanın qidalanma və biotexnologiyalar üzrə federal tədqiqat mərkəzinin “Sağlamlıq və idman qidalanması” məsləhət-diaqnostika mərkəzinin həkim-dietoloqu Tamara Pruntseva erkən qocalmaya gətirib-çıxaran qidaların adlarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM “Arqumentı i faktı” nəşri istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, çox emal olunmuş qida məhsullarının tərkibində ən azı beş əlavə olur.

Bunlar rəngləndiricilər, konservantlar, qatılaşdırıcılar, dad əlavələri və digərləridir. Belə qidalara sosislər, şirin qazlı sular, mağazada satılan yarımfabrikat kotletlər, şirniyyat, şirin və quru səhər yeməkləri, həmçinin, südlü desertlər aiddir.

“Adətən, emal olunmuş qida yeyən şəxlərin rasionunda zülal çatışmazlığı yaranır. Hamburgerin içindəki kotletdə, hisə verilmiş kolbasada və ya sosisdə az miqdarda zülal olur, əksinə, yağların və müxtəlif əlavələrin həcmi həddən çoxdur və bunlar məhsullara özünəməxsus dad verir”, - deyə həkim bildirib.

Zülal çatışmazlığı isə, öz növbəsində, əzələ kütləsinin azalmasına səbəb olur və immun sistemin zəifləməsinə gətirib çıxara bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031