SON DƏQİQƏ

22:11 - Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

21:32 - Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 1500-dən çox namizəd qeydiyyatdan keçib

21:21 - Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə pulsuz geyimlər təqdim olunub

21:08 - Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib-RƏSMİ-VİDEO

20:43 - Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında telofon danışığı olub

20:16 - Ali məktəblərə qəbul olunmaq üçün subbakalavrların ərizə qəbulu davam edir

20:02 - Abituriyentlər üçün teledərslərin növbəti buraxılışında

19:51 - Azərbaycan, Əfqanıstan və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib

19:45 - Millət vəkili: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərimizə Allahdan rəhmət diləyirəm!”

19:37 - İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub

19:09 - Qazaxıstan COVID-19 ilə bağlı məhdudiyyətləri iyulun sonuna qədər uzadacaq

18:45 - Tovuzun Ağdam və Dondar Quşçu kəndləri D-30 topundan atəşə tutulub

18:33 - Müdafiə Nazirliyi: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

18:21 - "Türk Hava Yolları" beynəlxalq uçuşlarının sayını artırır

18:07 - DTX: Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə şübhəli bilinən sabiq müdafiə naziri Rəhim Qazıyev saxlanılıb

naxcivanxeberleri.com

Vərəsəlik hüququ qanunvericiliklə necə tənzimlənir?

Vərəsəlik hüququ qanunvericiliklə necə tənzimlənir?
29-06-2020, 14:54

Miras qoyanın əmlakının digər şəxslərə keçməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin  əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə,vəsiyyət üzrə və ya hər iki əsasla keçir.                         

Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur,yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərərsəlik zamanı birinci növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığa götürülənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbəli vərəsələr olmadıqda  digər qohumlar vərəsə kimi tanına bilərlər. Ümumiyyətlə, ər və arvad nikah dövründə əldə etdikləri  əmalkın birgə mülkiyyətçisi sayıldığına görə  onlardan biri vəfat edərkən yalnız vəfat edənin payına düşən əmlak miras kimi bölüşdürülə bilər. Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə  vəsiyyət  edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür . Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını  kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasdan məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.       

          

 

Qeyd:Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031