SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Xocalını unutma” başlıqlı rəsm sərgisi açılıb

Naxçıvanda “Xocalını unutma” başlıqlı rəsm sərgisi açılıb
21-02-2019, 18:00

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Xocalını unutma” başlıqlı rəsm sərgisi açılıb. Sərgidə 22 rəssamın 40 sənət əsəri nümayiş olunur.

Əvvəlcə “Xocalıya qayıdış ” adlı videoçarxa baxış olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, sərgi soyqırımı faktlarının təsviri, zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın müstəqillik, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.

Sərgidə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi Asim Əliyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulluğunun əməkdaşı Məhəmmədrza Pakrəvan və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov Xocalı soyqırımının tariximizdə buraxdığı izlərdən danışıblar.

Qeyd edək ki, sərgi fevralın 27-dək davam edəcək.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829