SON DƏQİQƏ

naxcivanxeberleri.com

Politoloq: "Naxçıvanlı deputatın Naxçıvanın inkişafının əksini iddia etməsi məyusedici olduğu qədər, utancvericidir"

Politoloq:
22-02-2019, 21:27

"Naxçıvanlı deputatın Naxçıvanın inkişafının əksini iddia etməsi məyusedici olduğu qədər, utancvericidir"

Bu sözləri NAXCİVANXEBERLERİ.COM-a açıqlamasında politoloq Abbas Haciyev deyib.

Abbas Haciyev çox təəssüf hissi ilə vurğulayıb ki, doğma Naxçıvanımızı Milli Məclisdə təmsil edən Qüdrət Həsənquliyev əvvəlki məntiqsiz açıqlamalarına politoloq Anar İbrahimovun verdiyi tutarlı cavabı nəzərə almayıb. Əgər alsaydı "Hürriyyət" qəzetinə verdiyi son müsahibəsində Naxçıvan Muxtar Respublikası haqqında reallığa söykənməyən açıqlamalar verməzdi.

Politoloq qeyd edib ki, məntiqsiz, yalan, bədxah fikirlərlə dolu müsahibədə Naxçıvan kəndlərinin mərkəzlərini sanki müharibədən çıxmış xarabalıqlarla müqayisə edən, guya hakimiyyət bölgüsü prinsipinin Ali Məclis Sədrinin Muxtar Respublikanın ali vəzifəli şəxsi ola bilməsini inkar etdiyini iddia edən biri Milli Məclisdə doğma Naxçıvanımızı hansı haqla təmsil etməlidirki? İxtisasca hüquqşünas olan bir millət vəkilinin Azərbaycan Respublikasının Konstitusiyasının 136-cı maddəsini, həmin maddədə təsbit olunmuş "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir." ifadəsini görməzlikdən gəlməsi təəccüb doğurmaya bilmir.

Bu arada vurğulamaq istəyirəm ki, əslində mənsub olduğu düşərgəyə, əqidəsinə bir dəfə xəyanət etmişlər fürsət düşən kimi növbəti xəyanətləri ediblər, edəcəklər. Cüzi istisnalar olsa da, tarix və ömür salnaməmdə müşahidələrim dediyimi sübut edəcək yüzlərlə faktlarla doludur.
Bu gün Naxçıvanın dünyanın ən təmiz, ən təhlükəsiz, ən yaşamalı bir yeri olmasını tərəddüdsüz hamı qəbul edir. Doğma yurdumuza qədəm basmış əcnəbilər vətənlərinə döndükdən sonra mətbuatda, televiziyalarda Naxçıvandakı təmizliyi, rifahı, ölkə və Muxtar Respublika rəhbərliyinin naxçıvanlılara yüksək qayğısını tərənnüm edən çoxsaylı yazılar, reportajlar verdiyi halda, bir naxçıvanlı deputatın Naxçıvanın inkişafının əksini iddia etməsi məyusedici olduğu qədər, bir o qədər də utancvericidir. Mən özüm Nehrəm kəndindənəm. Müvəqqəti olaraq Bakıda yaşasam da, tez-tez doğma Naxçıvana, kəndimizə gedirəm. Hər səfərimdə Naxçıvanın daha da inkişaf etdiyinin, gözəlliyinə yeni bir çalar əlavə edildiyinin canlı şahidi olur və hədsiz qürur hissi keçirirəm. Mübaliğəsiz deyirəm ki, nəinki Naxçıvan şəhərində, eləcə də Muxtar Respublikanın ucqar kənd mərkəzlərində olan komfortlu infrastruktur və iaşə obyektləri Avropa dövlətlərinin çoxunda yoxdur. Bu gün paytaxt Bakıda elə gün olmur ki, radiolarda təmizlik, zibilsiz şəhər mövzusu müzakirə olunanda Naxçıvan yada salınmasın, "təmizliyin Naxçıvan modeli"ni bütün Azərbaycanda tətbiq etmək çağırışları səslənməsin. Özü də o çağırışları səsləndirənlərin biri də Naxçıvana bağlı deyil ki, təəssübkeşlikdən həmin fikirləri bildirsin.

Naxçıvanda əhalinin məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, insanlara qayğı amili Ali Məclis Sədrinin fəaliyyətinin əsas xəttini təşkil edir.

Statistikaya görə artıq neçə illərdir Naxçıvanda cinayət hadisələri baş vermir. Cinayət hüququnda cinayətlərin baş vermə səbəbləri sırasında ilk yerləri yoxsulluq, işsizlik kimi amillər tutur. Naxçıvanın nəyə görə cinayətsiz bir yurd yeri olmasını ixtisasca hüqüqşünas olan Qüdrət Həsənquliyevin bilməməsi, "nonsens" olardı.

Bu gün Naxçıvanda gənclər siyasəti çox uğurla həyata keçirilir. Savadlı, qabiliyyətli gənclər məhz sosial ədalət prinsipi ilə vəzifələrə irəli çəkilir. Şəxsən tanıdığım, dünyagörüşlərinə və savadlarına bələd olduğum onlarla həmkəndlim hazırda Muxtar Respublikanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələr tuturlar.

Heç bir pafosa varmadan qeyd etmək istəyirəm ki, illərdir blokada vəziyyətində olmasına baxmayaraq Naxçıvan günü-gündən inkişaf edir və çiçəklənir. Və bu inkişafda Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin sədaqətli silahdaşı, hörmətli Ali Məclis Sədri Vasif Talıbovun böyük rolu şəksizdir.

Gəlin hamılıqla həyatının mənasını Vətənə xidmət etməkdə görən hörmətli Vasif Talıbovun fəaliyyətinə kimlərinsə kölgə salmaq istəməsinə imkan verməyək. Naxçıvanı gözü götürməyən istənilən qüvvəyə, istənilən dırnaqarası təşəbbüsə YOX deyək.

Politoloq Abbas Haciyev

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 675
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031