SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib
22-02-2019, 17:28

Universitetin İncəsənət fakültəsinin sərgi salonunda faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq 30-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a Fakültənin Akt zalında davam edən tədbirdə əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra konfransı giriş sözləriylə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Rektor qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırım olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. Rektor ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımın dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.
“Xocalı həqiqətləri : insanlığa qarşı görünməmiş cinayətin tarixi kökləri”adlı çıxışında Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdullayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti, xalqımıza qarşı törədilən etnik təmizləmə ilə bağlı faktlar və soyqırımı cinayətləri barədə ətraflı məlumat verib. Etdikləri vəhşiliyi öz dilləriylə etiraf edən mənfur ermənilərin fikirləri, faciənin dəhşətlərini öz gözlərilə görən şahidlərin dedikləri konfrans iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Bədən tərbiyəsi və idman ixtisası üzrə V kurs tələbəsi Əhməd Əhmədov “Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması” adlı çıxışında soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönələn "Xocalıya ədalət" beynəlxalq kampaniyasının uğurlu fəaliyyətindən danışıb. Sonra ayrı-ayrı ixtisasların ifasında şeirlər dinlənilib. Sonda faciənin dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilibNaxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930