SON DƏQQƏ

naxcivanxeberleri.com

Koronavirusa yoluxan şəxs yenidən yoluxa bilər? - RƏSMİ AÇIQLAMA

Koronavirusa yoluxan şəxs yenidən yoluxa bilər? - RƏSMİ AÇIQLAMA
20-06-2020, 12:11

COVID-19-a yoluxanların yenidən bu xəstəliyə tutulması barədə hələ konkret fikir söyləmək mümkün deyil.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, adətən, respirator xəstəlikləri keçirən insanlarda bu virusa qarşı çox uzunmüddətli immunitet yaranmır: “Bu barədə çox suallar verilir. Mənim qohumlarım arasında da xəstəliyi ağır keçirənlər var. Mən özüm də onlara qorunmağı tövsiyə edirəm. Pnevmaniya müalicə edildikdən sonra 2 həftə ərzində xəstələr mütləq özlərini qorumalıdırlar”.

Y.Qarayeva qeyd edib ki, artıq xəstəliyi keçirmiş insanlar arasında streoloji testlərin keçirilməsinə başlanılıb: “Biz bununla öyrənirik ki, yoluxub sağalmış insanlarda xəstəliyə qarşı immunitet yaranıb, ya yox”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930