SON DƏQQƏ

naxcivanxeberleri.com

Aviabiletlərin onlayn şəkildə satışına aydınlıq gətirildi

Aviabiletlərin onlayn şəkildə satışına aydınlıq gətirildi
19-06-2020, 12:00

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası aviabiletlərin onlayn şəkildə satışının aparılmasına aydınlıq gətirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Assosiasiyadan  verilən məlumata görə, iyunun 18-dən Bakı-Naxçıvan-Bakı və xüsusi təşkil olunan Bakı-İstanbul-Bakı reyslərinin bərpası ilə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) tərəfindən biletlərin satışında xüsusi qaydalar tədbiq olunacaq. Bu istiqamətlərə olan biletlərin satışı kassalara yaxınlaşmaqla deyil, onlayn şəkildə həyata keçiriləcək.

Yeni qaydaların tədbiqinin turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Azərbaycan Hava Yolları (AZAL) ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına verdiyi açıqlamasına əsasən yeni qaydalarda müəyyən məhdudiyyətlər tədbiq ediləcək. Belə ki, pandemiya dövründə şirkətin sərnişinləri olan vətəndaşların sağlamlığını qorumaq, virusun geniş yayılmasının qarşısını almaq və sosial məsafəni saxlamaq məqsədi ilə biletlər yalnız onlayn şəkildə satışa çıxarılacaq.

Eldar Hacıyevin sözlərinə görə yeni məhdudiyyətlərin pandemiya dövründə tədbiq olunması çox vacibdir. Karantin bitdikdən sonra bilet satışları sərnişinlərin istəyinə uyğun olaraq həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacaq. Eyni zamanda turizm şirkətləri də öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəklər.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinə bu məsələdə narahat olmamağı, COVİD-19 virusunun yaratdığı mövcud vəziyyəti nəzərə alaraq AZAL-ın yeni qaydalarına anlayış göstərməyi və səbirli olmalarını tövsiyə edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930