SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müsabiqə elan edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müsabiqə elan edilib
19-06-2020, 11:09

Müsabiqəyə 10 vakant vəzifə çıxarılmışdır.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 19 iyun-20 iyul 2020-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və    14:00-dan 17:30-dək həyata keçirilir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

 https://www.dqmk.nmr.az/fhn_elan_19_06_2020.php

 Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər. Maraqlananlar komissiyanın    (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

 

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: [email protected]

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930