SON DƏQQƏ

naxcivanxeberleri.com

Mütəxəssis: Maskanı taxdığımız zaman yaranan problemlər COVİD-19 qədər təhlükəli deyil

Mütəxəssis: Maskanı taxdığımız zaman yaranan problemlər COVİD-19 qədər təhlükəli deyil
18-06-2020, 22:25

Hazırkı pandemiya dövründə insanların tibbi maskadan istifadə etməsi olduqca vacibdir.

Bunu mətbuata tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, əgər maska taxan sağlam insanın yanında maska taxmayan koronavirus xəstəsi varsa, bu zaman həmin sağlam şəxs 5 faiz göstərici ilə özünü qoruya bilər. Hər iki insanda maska olduqda isə sağlam insanın virusdan özünü qoruma göstəricisi 90 faizə yüksəlir:

“Uzun zaman istifadə edilən maskanın çox zərərli, təhlükəli olması barədə məlumat yayılır. Deyilir ki, uzun müddət istifadə edilən maska insana bakteriya ötürür və s. Əlbəttə ki, maska taxmaq insanda nəfəs alma ilə bağlı problemlər yarada bilər. Amma unutmayaq ki, maskanı taxdığımız zaman ortaya çıxan problemlər COVİD-19 qədər təhlükəli deyil. Həmin bakteriyalardan ölüm olmaz, amma COVID 19-dan ölüm baş verər. Ona görə də qapalı yerlərdə mütləq maskadan istifadə edilməlidir. Amma yolun kənarı ilə gedirsinizsə və ətrafda insan yoxdursa, o zaman siz maska istifadə etməyə də bilərsiniz”.

Həkim qeyd edib ki, əslində, insanlar tibbi maskadan düzgün şəkildə istifadə etsəydilər, sərt karantin tədbirlərinin tətbiq olunmasına ehtiyac qalmazdı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930