SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində videotəlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində videotəlim keçirilib
17-06-2020, 17:38

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən videotəlimə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 10 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Tədbiri Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova giriş sözü ilə açaraq keçirilən təlimin aktuallığı və mahiyyəti barədə məlumat verib.

Sonra Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov tərəfindən “Hesablar planı və müxabirləşmələr”, “Maliyyə hesabatlarının hazırlanması” adlı mövzularlarla bağlı təlim keçirilib. Memorial order formaları, təşkilatlarda kassa əməliyyatları üzrə sintetik uçotun aparılması, uzunmüddətli və qısamüddətli aktivlər və s. mövzularla əlaqədar slaydlarla zənginləşdirilmiş məlumatlar diqqətə çatdırılıb, praktiki tapşırıqlar verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930