SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Vergilər Nazirliyi dövlət vergi orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edir

Naxçıvanda Vergilər Nazirliyi dövlət vergi orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edir
22-02-2019, 09:00

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə dövlət vergi orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edir.

Müsabiqədə iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik, yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 4 mart 2019-cu il tarixdən 4 aprel 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş surətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi
2. Ali təhsil barədə diplom (Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə)
3. Əmək kitabçası (son iş yeri barədə qeydin olması şərti ilə)
4. Hərbi bilet
5. 3x4 santimetr ölçüdə fotoşəkil (ağ fonda).
Namizədlər elektron ərizəni təsdiq etmək üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər
Digər halda həmin məbləğ komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək komissiyaya təqdim edilməlidir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər komissiyaya gəlməklə şəxsən müraciət edə bilərlər. Sənəd qəbulu zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən və üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən vətəndaşların sənədləri qəbul edilmir.
Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
Vəzifə kodu Struktur bölmə Vakant yerlər
93900 Şərur Rayon Vergilər İdarəsi 3
93200 Babək Rayon Vergilər İdarəsi 4
93400 Ordubad Rayon Vergilər Şöbəsi 5
93300 Culfa Rayon Vergilər Şöbəsi 4
93600 Kəngərli Rayon Vergilər Şöbəsi 5
93500 Şahbuz Rayon Vergilər Şöbəsi 6
93700 Sədərək Rayon Vergilər Şöbəsi 1
Cəmi: 28

Qeyd:Müsabiqəni müvəffəqiyyətlə keçmiş, sahibkarlıq fəaliyyətilə məşğul olan namizədlər fəaliyyətləri ləğv olunmadan işlə təmin olunmurlar.
Namizəd ona təklif olunan vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.
Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.
Əlaqə telefonu: (036)-545-68-04

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031