SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu gün 150-dən çox vətəndaş Rusiyadan Azərbaycana gətiriləcək

Bu gün 150-dən çox vətəndaş Rusiyadan Azərbaycana gətiriləcək
16-06-2020, 15:50

Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib: "Bu qrafik üzrə bu gün 150 nəfərdən çox vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930