SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda çimərlik mövsümünə start verilib

Naxçıvanda çimərlik mövsümünə start verilib
15-06-2020, 21:11

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev Naxçıvan şəhərində çimərlik mövsümünün açılışı münasibətilə keçirilən tədbirdə çıxış edərək 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıblar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, çıxışlarda bildirilib ki, muxtar respublikamızda bütün sahələrdə insanların rahatlığının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Çimərlik istirahət zonasında da su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib, burada futbol və voleybol meydançaları fəaliyyət göstərir.

Sonra yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verilib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışılıb.
Qeyd edək ki, yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət üçün əraziyə 210 ton yeni qum verilib. Təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən dezinfeksiya işləri aparılıb, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları suyun təmizliyinə dair nümunə götürüblər.
Çimərlikdə 38 çətir, 4 ədəd duş kabinəsi quraşdırılıb. Burada restoran və digər xidmət sahələri də fəaliyyət göstərir. Müşahidə qülləsi yaradılıb, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 6 nəfərdən ibarət xilasetmə qrupu ərazidə xidmət aparacaq.
Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik var. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən ­qadağanedici nişanlar qoyulub.

 

Ceyhun MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930