SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib
21-02-2019, 18:50

Hər il fevral ayının 21-i dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd edilir. Bu il BMT-nin ali mədəniyyət qurumu olan (UNESCO) YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunmasının 20 ili tamam olur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,bu münasibətlə Naxçıvan Müəllimlər İnstitutunda “21 fevral-Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbiri institutun rektoru Elbrus İsayev açaraq bildirmişdir ki, dil millətin təşəkkülündə, milli birliyin formalaşmasında vacib olan amillərdən biridir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqın dilinin bir neçə minillik tarixi inkişaf yolu keçməsi lazım gəlir. Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan dilimiz həqiqətən də dünyanın ən qədim və zəngin dillərindən biridir. Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə xatırlamaqda duyduğumuz qürurun dərin bir mənası var: “Millətin milliliyini saxlayan onun dilidir”.
Ulu öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilmişdir. Ümummilli lider 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Bu ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
Konfransda professor Akif İmanlı “Ümummilli lider Heydər Əliyev ana dili haqqında”, dosent Qurban Qurbanlı “Beynəlxalq Ana Dili Günü: tarixdən günümüzə”, dosent Samirə Həsənova “Azərbaycan dilinin tətbiqinə dair dövlət sənədləri”, Naxçıvan Müəllimlər İnstitutunun doktorantı Təranə Qəbulova “Azərbaycan maarifçiləri və ana dili məsələsi” mövzularında çıxışlar etmişlər. Çıxışlarda qeyd edilmişdir ki, hər bir vətəndaş öz ana dilinin saflığını və müqəddəsliyini qorumalı, keşiyində durmalıdır. Ana dili bizim milli mənliyimiz, milli vüqarımız, milli qürurumuz, fəxr dünyamızdır. Bu vəzifənin uğurla yerinə yetirilməsinin vacib şərtlərindən biri ana dilimizin saflığının qorunması, yad kəlmələrdən yersiz istifadə edilməməsidir.
Sonda tələbələrin ifasında Ana dilinə həsr edilmiş şeirlər bədii qiraət olunmuşdur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031