SON DƏQQƏ

22:01 - Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

21:53 - Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

21:25 - Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib

21:13 - Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

20:43 - Görkəmli bəstəkarın Naxçıvan sevgisi

20:23 - Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır

20:09 - Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

19:43 - Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir

19:35 - Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

19:27 - Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir

19:18 - Kriştianu Ronaldunun adı futbol akademiyasına verildi

18:57 - Tac Mahal hələlik gündəlik maksimum 5 min turist qəbul edə biləcək

18:39 - Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır

18:19 - II mərhələ üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

18:02 - Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi

naxcivanxeberleri.com

Sərt karantin günlərində hansı hallarda evdən çıxmağa icazə verilir?

Sərt karantin günlərində hansı hallarda evdən çıxmağa icazə verilir?
14-06-2020, 11:16

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ötən həftəki karantin rejimindən fərqli olaraq bu dəfə bəzi dəyişikliklər olub, belə ki, bəzi hallarda evdən çıxmağa icazə verilir.

Sərt karantin rejimi dövründə ev heyvanlarından yalnız itlərin gəzdirilməsinə şərait yaradılıb.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilmir: “Ev heyvanını küçəyə çıxarmaq ehtiyacı yarananda vətəndaş onu yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddət ərzində olmalıdır və bu zaman sui-istifadə halalrına yol verilməməlidir".

Digər evdən çıxmağa icazə isə məişət tullantılarının atılması ilə bağlıdır. Belə ki, insanlar yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün evdən çıxa bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, əgər məişət tullantıları qabı uzaqdadırsa, oraya getməyə icazə verilmir: "Həmin şəxs 200-300 metrlik məsafədə zibil atmaq üçün yaşayış yerini tərk edə bilməz. Bu üsuldan sui-istifadə edənlər məsuliyyətə cəlb ediləcəklər. Yəni zibil atmaq adı ilə yaşayış yerindən uzaqdakı əraziyə getmək qadağandır. 2 gün çox müddət deyil. Həmin zibilləri evdə qapalı qabda da saxlamaq olar".

Qeyd edək ki, dünəndən etibarən Bakıda binaların qarşısında zibil atmaq üçün əlavə konteynerlər də quraşdırılıb.

Sərt karantin günlərində vətəndaşlar hər hansı bir çətinliklə üzləşsələr, ASAN xidmətin “108” çağrı xidmətinə zəng edə bilərlər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Trend-ə açıqlamasında bildirib ki, istər kommunal xidmətlər, təcili yardım və digər məsələlərlə bağlı vətəndaşlar hər hansı bir çətinliklə üzləşsələr “108” çağrı mərkəzinə zəng edə bilərlər: “Bizim əməkdaşlarımız vətəndaşları müvafiq qurumlarla, zəruri xidmət sahələri ilə əlaqələndirəcək, onlara operativ məlumatlar təqdim ediləcək. Həmçinin, əgər həmin gün yolda qəza baş verərsə və ya kimsə hər hansı səbəbdən yolda qalarsa, bununla bağlı da “108” çağrı mərkəzinə zəng etmək olar".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930