SON DƏQQƏ

naxcivanxeberleri.com

“Sirab” mineral suyunun ixrac potensialı artır

“Sirab” mineral suyunun ixrac potensialı artır
14-06-2020, 02:28

Mövsümlə əlaqədar olaraq muxtar respublikamızın mineral su zavodları istehsal həcmini xeyli artırıb. “Babək Sirab” Açıq Səhm- dar Cəmiyyətinin istehsalat sa

hələrində də işin həcmi yüksəlib. Hazırda zavodda 21 çeşiddə müxtəlif ölçülərdə qazlı və qazsız mineral su istehsal edilir. Bu faydalı suya xarici ölkələrdə də maraq böyükdür. “İxrac ili”ndə istehsal sahəsinin məhsulları satış üçün dünyanın 10-a yaxın ölkəsinə göndərilib. “Babək Sirab” Açıq Səhmdar Cəmiyyəti muxtar respublika əhalisinin mineral suya olan tələbatını tam ödəməklə yanaşı, Bakı şəhərinə qazlı və qazsız mineral su göndərir, həmçinin bir sıra xarici ölkələrə məhsul ixrac edir. Cəmiyyətin mineral sudoldurma zavodunda istehsal prosesi tam mexaniki yolla həyata keçirilir. Ən müasir texnologiyalardan səmərəli şəkildə istifadə olunmaqla müxtəlif ölçülərdə şüşə və plastik butulkalarda 21 çeşiddə mineral su istehsal edilir. Zavodda 7 texnoloji xətt quraşdırılan 4 sex fəaliyyət göstərir. Burada sanitar-gigiyenik və təhlükəsizlik qaydalarına əməl edilir, işçilər xüsusi geyimlərlə təmin olunur, onlara servis və iaşə xidməti göstərilir. Qeyd edək ki, havaların istiləşməsi ilə əlaqədar müəssisədə işçilərin sayı artırılaraq 135 nəfərə çatdırılıb, istehsalın həcmi yüksəldilib.

Məhz elə bunun nəticəsidir ki, son bir ayda müəssisədə 3 milyon litrdən artıq qazlı və qazsız mineral su istehsal edilib. Bütövlükdə isə bu ilin ötən beş ayında 11 milyon 756 min litr mineral su istehsal edilərək müxtəlif ticarət şəbəkələrinə göndərilib. Bu gün süfrələrimizin bəzəyi olan “Sirab” mineral suyunun so- rağı dünyanın bir çox ölkələrindən gəlir. Belə ki, minerallarla zəngin olan “Sirab” Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, bu ilin ötən beş ayında Rusiya, Türkiyə, Qətər, Küveyt, Ukrayna, Litva, Belarus və Baltikyanı ölkələrə ixrac edilib. Gələcəkdə “Sirab” mineral suyunun digər Avropa ölkələrinə də ixracı nəzərdə tutulur. İxracın çoxalması təbii ki, “Sirab” mineral suyunun keyfiyyəti və ona olan tələbatla əlaqədardır.

Müəssisədə istehsal prosesi “İSO” standartlarında keyfiyyətli idarəetmə sisteminin tələblərinə uyğun şəkildə idarə olunur. Bu isə “Sirab” suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi olmaqla yanaşı, həm də onun Avropa bazarına girişini təmin edir. “Sirab” mineral suyu keçirilən müsabiqələrdə dəfələrlə qızıl və gümüş medallar alıb, “İlin ixracatçısı” və “İlin brendi” mükafatlarına layiq görülüb. Onu da qeyd edək ki, bu əvəzsiz təbii sərvət muxtar respublikamızın iqtisadiyyatında mühüm rol oynamaqla bərabər, həm də qədim diyarımızı dünyada tanıdır.

 

Məhəmməd FƏRƏCOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930