SON DƏQQƏ

naxcivanxeberleri.com

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır
13-06-2020, 21:41

Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd edilir ki, 7 iyul tarixinədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.

 

Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixindən həftədə iki dəfə - ikinci və dördüncü günlər yerinə yetiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930