SON DƏQQƏ

naxcivanxeberleri.com

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
13-06-2020, 13:51

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinin məlum olacağı vaxtı açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib ki, müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri əvvəlki illərdə də iyunun 20-dək açıqlanıb:

“Bu il də belə olacaq. Planlaşdırmışıq ki, iyunun 17-də yerdəyişmə müsabiqəsinin nəticələri açıqlansın. Yəqin çoxlarına maraqlıdır ki, niyə görə nəticələr iyunun 5-6-da deyil, 17-də açıqlanır. Bu il iş yerinin dəyişdirilməsi üçün 10 068 nəfər müəllim elektron ərizə verib. Artım əmsallarının tətbiq edilməsi üçün həmin ərizələr ətraflı şəkildə araşdırılır. Bu yoxlama prosesi müəyyən qədər vaxt aparır. Çünki müraciət edənlər arasında artım əmsalının tətbiq edilməsini istəyən çox sayda müəllim var”.

M.Camalzadə əlavə edib ki, bir çox hallarda sənədlər yanlış formada, natamam şəkildə yüklənilir. Bu zaman həmin texniki problemlərin həlli üçün namizədlə əlaqənin saxlanılması da əlavə vaxt itkisinin yaranmasına səbəb olur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930