SON DƏQQƏ

naxcivanxeberleri.com

İşğaldan azad edilən ərazilərdəki əkin sahələrinə aqrotexniki qulluq göstərilir

İşğaldan azad edilən ərazilərdəki əkin sahələrinə aqrotexniki qulluq göstərilir
13-06-2020, 11:23

Muxtar respublikanın Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğalına məruz qalan, bu gün isə ordumuzun nəzarətində olan şərab zavodunun ətrafındakı ərazilərdə qarğıdalı əkini sahələrinə aqrotexniki qulluq göstərilir.

Rayonun Heydərabad qəsəbəsinin ərazisində olan 65,5 hektarsahədə alaq otlarına qarşı dərmanlama işləri aparılıb. Sahələrə ikinci dəfə yemləmə gübrəsi verilərək şırım açılıb və hazırda şırım üsulu ilə suvarma aparılır. Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun 2018-ci ildə apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində Günnüt kəndi ilə birlikdə 11 min hektardan artıq ərazi düşməndən azad edilib, mühüm əhəmiyyətə malik strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib.

Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində də müdafiəni uğurla təşkil edib. Ərazilərin etibarlı qorunması, minalardan təmizlənməsi əhalinin də rahat yaşayışına və lazımi təsərrüfat işlərinin görülməsinə stimul verib. Burada əkilən məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları da işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub. Əraziyə yeni yol və elektrik xətləri çəkilib. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması Sədərək rayon sakinlərini də sevindirir. Rayonda aqrar sahənin inkişafı kənd təsərrüfatı ilə məşğul olan insanlara stimul verir.

Nadir MƏMMƏDOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930