SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahbuzda yaylaqlara köç edəcək fermerlərin rahatlığı üçün tədbirlər həyata keçirilir

Şahbuzda yaylaqlara köç edəcək fermerlərin rahatlığı üçün tədbirlər həyata keçirilir
13-06-2020, 10:50

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisindəki yaylaq yolları təmizlənərək genişləndirilib. Heyvandarlıqla məşğul olan sahibkarlar yay aylarında mal-qaranı əsasən Şahbuz rayonundakı Batabat və Qanlıgöl yaylaqlarında saxlayırlar. Geniş və zəngin otlaqlar heyvandarlıq üçün tam yararlıdır.

Heyvandarların yaylaqlara rahat qalxmaları üçün oba yolları genişləndirilib və daşlardan təmizlənib. Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Muradov bildirib ki, artıq muxtar respublika ərazisində maldarlıqla, heyvandarlıqla məşğul olan sakinlərin yaylaqlara köç mövsümü başlayıb. Bununla əlaqədar olaraq rayon ərazisində yerləşən bütün yaylaqlarda dezinfeksiya işləri aparılır və obalara gedən yollar qreyder vasitəsilə təmir olunur. Bu yolların təmiri həm də arıçılıqla məşğul olan sahibkarların öz arı ailələrini daha rahat şəkildə başqa ərazilərə köçürmələri üçün imkan yaradıb.

Fermerlər bildiriblər ki, əvvəllər bu yolları qalxmaq üçün yük heyvanlarından nəqliyyat vasitəsi kimi istifadə edirdilər. Müasir texnika və texnologiya artıq istiqaməti dəyişib. İndi isə hər kəs yük və lazımi oba avadanlıqlarını maşınlarla rahat şəkildə daşıyırlar. Bu, həm vaxta qənaət, həm də zamanında yaylağa qalxmaq deməkdir. Təsərrüfatçı Əli Gülməmmədov bildirib ki, arının yaylağa köçürülməsi üçün mütləq yolun rahatlığı, abadlığı vacibdir. Dövlət tərəfindən mütəmadi olaraq arılar hansı istiqamətə köçürülübsə, həmin yollar qreyder vasitəsilə mütəmadi olaraq təmizlənir. Yəni, biz arı ailələrini çox rahat şəkildə gətirib obamıza yerləşdirə bilirik. Buna görə də mən dövlətimizə bütün təsərrüfatçılar adından minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, yaylaq mövsümünün başlanması ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində qrafik hazırlanıb. Qrafikə əsasən yaylaqlarda oba sakinlərinə səhiyyə və iaşə xidmətləri, o cümlədən təsərrüfatlar üçün baytarlıq xidmətinin də göstərilməsi nəzərdə tutulub.

Oğuz səsi qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930