SON DƏQQƏ

22:53 - Mövlud Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

22:34 - ABŞ İrana və Maduroya qarşı yeni sanksiyalar tətbiq edib

22:01 - Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

21:53 - Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

21:25 - Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib

21:13 - Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

20:43 - Görkəmli bəstəkarın Naxçıvan sevgisi

20:23 - Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır

20:09 - Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

19:43 - Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir

19:35 - Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

19:27 - Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir

19:18 - Kriştianu Ronaldunun adı futbol akademiyasına verildi

18:57 - Tac Mahal hələlik gündəlik maksimum 5 min turist qəbul edə biləcək

18:39 - Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır

naxcivanxeberleri.com

Xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olmayacaq

Xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olmayacaq
13-06-2020, 09:24

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi günlərində (14-15 iyun) ölkə vətəndaşlarının nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirləri davam etdirir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumata görə, bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Xüsusi karantin rejimi günlərində nazirliyə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər sabit telefon və genişzolaqlı internet xidmətlərinin fasiləsiz işini təmin edəcək. 

Vətəndaşlardan 24/7 fəaliyyət göstərən 155, 170 nömrəli “Vahid Çağrı Mərkəzi”nə və nazirliyin 1655 nömrəli “Qaynar xətti”nə daxil olan müraciətlər anında emal edilərək aidiyyəti struktur bölmələrə yönləndirilir. Eyni zamanda müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930