SON DƏQQƏ

naxcivanxeberleri.com

Mütəxəssislər 10 ƏN FAYDALI MƏHSULUN adını açıqlayıb

Mütəxəssislər 10 ƏN FAYDALI MƏHSULUN adını açıqlayıb
13-06-2020, 03:15

Avropa diyetoloq və qastroenteroloqların assosiasiyası ən faydalı, sağlam və cavan qalmağa kömək edən qidaların reytingini tərtib ediblər.

Komsamolskaya pravda xəbər verir ki, siyahını tərtib etdikdə alimlər məhsullarda asan mənimsənilən formada olan vitamin, mineral, antioksidantların miqdarını nəzərə alırdırdılar.

Sizə bu siyahını təqdim edirik.

1. Pomidor.

Ən güclü antioksidantlardan olan likopin, qidalı liflər və kaliumla zəngin olan pomidor ürək-damar sistemi üçün faydalıdır, arterial və kəllədaxili təzyiqi aşağı salır, xərçəngdən qoruyur.

Pomidor nadir tərəvəzlərdən biridir ki, termik emaldan sonra (pörtləmə və s.) daha faydalı olur. Gün ərzində 1-2 pomidor yemək kifayətdir.

2. Yulaf yarması

Zülallar, həll olunmayan qidalı liflər, B qrupu vitaminlərlə zəngindir. Yulaf yarması həzm sistemini təmizləyir, arterial təzyiqi aşağı salır.

Alimlər həftədə 1-2 boşqab yulaf yarması sıyığını yeməyi tövsiyə edir.

3. Kivi

A, C və E vitaminlərlə zəngin olan kivi hipertoniyadan əziyyət çəkən və arıqlamaq istəyən insanlara olduqca faydalıdır, piylərin "yandırılmasını" sürətləndirir, oynaqların və dərinin sağlamlığını qoruyur.

Gün ərzində 1-2 kivi yemək olar.

4. Üzüm

Bioflavonoid maddələrlə zəngin olan üzüm orqanizmdə qocalma proseslərini ləngidir, damarların sağlamlığını qoruyur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, xərçəng əlr=eyhinə təsirə malikdir.

5. Balıq və dəniz məhsulları

Nadir Omeqa-3 və 6, vitaminlər və minerallarla zəngin olan balıq ürək və damarlar üçün xüsusilə faydalıdır.

Mütəxəssislər həftədə 2-3 dəfə 200-250 qr balıq yeməyi tövsiyə edir.

6. Brokkoli

Çoxlu antioksidant, kalium və maqneziumla zəngin olan brokkoli olduqca faydalı diyetik məhsuldur. Araşdırmalar göstərib ki, bu tərəvəz qaraciyər, ürək-damar, mədə-bağırsaq, sinir sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozulmalarının profilaktikasında böyük rol oynayır, xərçəng əleyhinə təsirə malikdir.

7. Avokado

Damarların yenilənməsini təmin edir, şəkərli diabetin inkişafından qoruyur, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

Gün ərzində yarım avokado yemək olar. Avokadonun tumu zəhərlidir.

8. Toyuq yumurtası

Lesitin, zülal və kalsiumla zəngin olan yumurta beyini və dərinin cavalığını qoruyur.

9. Sarımsaq

Tərkibində nadir "allisin" maddəsi olan sarımsaq güclü antibakterial təsirə malikdir, damarların sağlamlığını qoruyur, təzyiqi açağı salır.

10. Zeytun yağı

Qədim Yunanıstanda "duru qızıl" adlandırılan bu faydalı məhsul qanda pis xolesterolun səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərindən qoruyur, xərçəng əleyhinə təsirə malikdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930