SON DƏQQƏ

naxcivanxeberleri.com

“Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilib

“Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verilib
12-06-2020, 23:18

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı, PAŞA Holdinqin sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı start götürüb.

Məqsəd media nümayəndələrinin jurnalistika sahəsində baş verən yeniliklər və ən son trendlərlə tanış edilməsi, elektron xidmətlər və rəqəmsal həllər haqqında məlumatlandırılması və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.

Təlimlər 4 gün – 17, 18,19 və 20 iyun tarixlərində vebinar formatında baş tutacaq.
Proqram iştirakçılarının ən yaxşı məqalələri seçiləcək. I yer sahibi 1000 AZN, II yer sahibi 700 AZN, III yer sahibi isə 500 AZN pul mükafatı əldə edəcək.

Kimlər iştirak edə bilər:
- Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə məqalələr yazan və araşdırmalar aparan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətində töhfə vermək istəyən şəxslər.

Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.

Bu linkdən proqram haqqında ətraflı məlumat ala və proqrama müraciət edə bilərsiniz. https://www.digital.gov.az/digitalazerbaijan/az/webinars/
Qeydiyyat üçün son müraciət tarixi – 14 iyun, saat 00:00.

Qeydiyyatdan uğurla keçən və təyin edilmiş jüri heyəti tərəfindən seçilmiş namizədlərin adları 16 iyun tarixində Mərkəzin rəsmi internet ünvanında dərc olunacaq, həmçinin iştirakçılara e-mail vasitəsilə bildiriləcəkdir.

Əlavə suallarınız üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930