SON DƏQQƏ

naxcivanxeberleri.com

Uzunoba su anbarında taktiki-xüsusi təlim keçirilib-FOTO

Uzunoba su anbarında taktiki-xüsusi təlim keçirilib-FOTO
12-06-2020, 22:29

İsti yay günlərində vətəndaşlar kütləvi şəkildə sərinləmək üçün çaylara, su kanallarına, göllərə və su anbarlarına baş vururlar. Nəticədə suda batma halları qaçılmaz olur. Bununla bağlı olaraq xilasedici-dalğıcların peşə hazırlığının artırılması və su hövzəlrində insanların təhlükəsiz istirahətini təmin etmək məqəsdilə 10-11 iyun 2020-ci il tarixlərində Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-dalğıcları ilə Uzunoba su anbarında “Sularda axtarış-xilasetmə işlərinin təşkili, zərərçəkənlərin xilas edilməsi və ilk tibbi yardımın göstərilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təlimin əsas məqsədi su hövzələrində axtarış-xilasetmə işləri aparılarkən təhlükəsizlik qaydalarına əməl olunması, ekstremal vəziyyətlərdə axtarış-xilasetmə üsullarının düzgün tətbiq edilməsi, həmçinin xüsusi şərtlər altında dalğıcların suya enməsi, dalğıc siqnallarının, eləcə də dalğıclar arasında vizual rabitə siqnallarının məşq etdirilməsi, zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi üsullarını, habelə yardımçı vasitələrin köməyi ilə xilasetmə işlərinin səmərəli təşkil olunmasını şəxsi heyətə aşılamaq, mürəkkəb hava şəraitlərində xilasedici-dalğıcların uzlaşmış fəaliyyətinə nail olmaqdan ibarət olmuşdur.

Şərti olaraq suda boğulma hadisəsi baş vermiş su hövzəsinə şəxsi heyətin yürüşü başa çatdıqdan sonra ilk növbədə ərazinin vizual kəşfiyyatı aparılır, real şərait nəzərə alınmaqla heyətlərin operativ idarə olunması məqsədilə hərbi hissənin idarəetmə məntəqəsi, tibbi təminatı və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsini təşkil etmək üçün tibb məntəqəsi açılır. İdarəetmənin operativliyini və dayanıqlığını təmin etmək məqsədilə radiostansiyalarından, dalğıclar arasında vizual rabitə siqnallarından istifadə olunur.

İdarəetmə məntəqəsinin işçi heyəti tərəfindən axtarış-xilasetmə işlərinin aparılması, onun nəticələri barədə məlumatların toplanılması, işlənilməsi, təhlili və bununla əlaqədar müvafiq qərarların qəbul olunması, axtarış-xilasetmə işlərinin aparılmasında qarşılıqlı fəaliyyət həyata keçirilib.

Suda batanların axtarışı və xilas edilməsi işlərinin aparılması üçün “Sularda axtarış-xilasetmə işlərinin təşkili üzrə təlimat”ın tələblərinə uyğun olaraq heyətlər yaradılır. Onların tərkibi bir qayda olaraq işçi və təminedici dalğıclardan, sığortalayıcı dalğıcdan, qayıq sürücüsündən, eləcə də suda boğulmuş insanlara ilk tibbi yardım göstərilməsi üçün tibbi heyətdən ibarət olur. Heyətlərin fəaliyyətini təmin etmək üçün hadisə yerinə xilasedici, avarlı-motorlu və rezin avarlı qayıqlar, skuter, tənəffüs aparatları, məhdudlaşdırıcı buylar, dörd barmaqlı qarmaqlar, xilasedici dairələr, dalğıc bıçaqları, durbinlər və digər təminedici dalğıc avadanlıqları, həmçinin tibbi yardım avtomobili və ilk tibbi yardım vasitələri cəlb edilib.

Təlim zamanı qayıqdan və sahildən üzmə vasitələrinin köməkliyi ilə, eləcə də birbaşa suya baş vurmaqla üzərək suyun üzərində olan zərərçəkmişə yaxınlaşıb xilasedici buy və dairə  vasitəsilə onun xilas edilməsi həyata keçirilir. Bundan əlavə dairəvi üsulla, axtarış-enmə kəndiri vasitəsilə axtarışın aparılması,  sualtı hərəkət vasitələri ilə su hövzəsinin dibinin orientir üzrə (“Qals” üsulu ilə) axtarılması, xüsusi səbətdə oturmuş dalğıcı qayıq vasitəsilə dartmaqla və qayıq vasitəsilə dörd barmaqlı qarmaqları dartmaqla, habelə dalğıc avadanlıqlarından istifadə etməklə sahildən və qayıqdan suya baş vuraraq suyun dibində batıb qalmış zərərçəkənin xilas edilməsi, su axını olan ərazidə axtarış-xilasetmə işlərinin təşkili və aparılması əməli olaraq yerinə yetirilib. Təlimin taktiki tapşırığına uyğun olaraq Uzunoba su anbarında batmış 3 nəfər vətəndaş axtarış-xilasetmə heyətləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhfil verilib. Dalğıclar tərəfindən qayıqda və sahildə xilas edilmiş zərərçəkənlərin həyat əlamətlərinin qiymətləndirilməsi, tənəffüs orqanlarına və mədəsinə dolmuş suyun müxtəlif üsullarla boşaldılaraq ilk yardımın göstərilməsi və tibb məntəqəsinə təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, ötən illərdə keçirilən təlimlərdən fərqli olaraq, keçirilən təlimdə beynəlxalq təcrübədən istifadə etməklə suda boğulanların müxtəlif üsullarla axtarışı və xilas edilməsi, onlara yerində ilk yardımın göstərilməsi və tibb məntəqəsinə təxliyəsi bütün elementləri ilə yerinə yetirilib, dalğıcların peşə vərdişləri artırılıb. Təlimdə qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunub, fərqlənənlər qeyd olunub və növbəti təlimlərin keçirilməsi barədə tapşırıqlar verilib.

 

Uzunoba su anbarında taktiki-xüsusi təlim keçirilib-FOTOUzunoba su anbarında taktiki-xüsusi təlim keçirilib-FOTO
Uzunoba su anbarında taktiki-xüsusi təlim keçirilib-FOTO
Uzunoba su anbarında taktiki-xüsusi təlim keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930