SON DƏQQƏ

naxcivanxeberleri.com

Pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilir

Pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilir
12-06-2020, 16:00

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan və Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olan pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə tədbir keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Naxçıvan Biznes Mərkəzində həyata keçirilən tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, artıq ötən ildən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi ilə  bağlı  layihələr icra  olunur. Belə ki, ötən il  icra olunan və bir il ərzində davam edən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində  12 təlim keçirilmiş, layihənin yekununda öz uğurlu biznes planları ilə seçilən, muxtar respublikadan olan 63 qadına (o cümlədən 13 sağlamlıq imkanı məhdud qadına) 43 min 700 manat dəyərində sərmayə kapitalı verilmiş, həmçinin həmin qadınlarla müvafiq müqavilələr bağlanılmışdır. 

 Cari ildə də pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə layihə icra olunur. Bildirmişdir ki, ötən gün keçirilən tədbirdə Şərur rayonundan 6, Sədərək rayonundan 4, Şahbuz rayonundan 5, Kəngərli rayonundan 4, Culfa rayonundan 1 qadın olmaqla, ümumilikdə 20 qadına sərmayə kapitalları ilə əlaqədar imzalanmış müqavilələr təqdim olunmuşdur. Bu gün keçirilən tədbirdə isə Naxçıvan şəhərindən 5, Babək rayonundan 4, Ordubad rayonundan 8, Culfa rayonundan 2 qadın olmaqla, ümumilikdə 19 qadına sərmayə kapitalları ilə əlaqədar imzalanmış müqavilələr təqdim olunmuşdur. Layihə çərçivəsində sərmayə kapitalının dəyərində 13 baş xırdabuynuzlu, 14 baş iribuynuzlu, 50 ədəd cücə, əkinçiliklə məşğul olmaları üçün müxtəlif növdə tərəvəz ştilləri, konservlədirmə üçün 3 ədəd mikser, torta şəkil salmaq üçün aparat, 1 ədəd soyuducu, 3 ədəd soba, müxtəlif növdə ərzaq məhsulları və taralar, dərzilik sahəsinin inkişafı üçün 5 ədəd tikiş maşını, 1 ədəd ütü və lazım olan avadanlıqlar, 2 ədəd hana və toxuculuq ləvazimatları və alətləri, gözəllik salonu üçün mebel dəsti, 8 bərbərlik aləti və kosmetik vasitələr, zərgərliklə məşğul olmaq üçün istifadə edilən zərgərlik alətləri və kontakt aparatı, psixoloji xidmət göstərmək üçün tədris materialları, rəssamlıqla məşğul olmaq üçün ləvazimatlar alınması nəzərdə tutulmuşdur.

Ümumilikdə, layihə 39 qadını əhatə etmiş, onlara 25200 manat dəyərində sərmayə kapitalı verilmişdir. Verilən sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi ilə məşğul olmaları üçün verilmişdir.

Komitə sədri çıxışının yekununda qadınların sahibkar kimi formalaşmasına və onların   məşğulluqlarının təmin olunmasına,   həmçinin bu layihənin  yüksək səviyyədə, uğurla həyata keçirilməsinə  göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.

         Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının Layihə Rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat vermiş, qadınlara sahibkarlıq fəaliyyətlərində uğurlar arzulamışdır.

         Həmçinin layihə rəhbəri Sevinc Rüstəmova koronavirus haqqında, onun simptomları, yayılma yolları, yoluxma riskindən qorunma tədbirləri haqqında layihə iştirakçılarına slayd vasitəsilə ətraflı məlumat vermiş, onlara koronovirusdan qorunma vasitələri (tibbi maska, tibbi əlcək) paylanılmışdır.

         Qeyd edək ki, tədbir mövcud vəziyyətlə əlaqədar olaraq sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

         Layihə iştirakçıları göstərilən qayğı və dəstəyə görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

 

 Pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilir
Pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilir
Pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilir
Pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilir

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930