SON DƏQQƏ

naxcivanxeberleri.com

Ömər Faiq Nemanzadə yaradıcılığında mənəvi keyfiyyətlərin təbliği

Ömər Faiq Nemanzadə yaradıcılığında mənəvi keyfiyyətlərin təbliği
12-06-2020, 14:00

Millətinin mövhumatçılıq və ya xurafatçılıq girdabından çıxma yolunu mətbuatda görən və axtaran maarifçi mollanəsrəddinçilərdən biri də Ömər Faiq Nemanzadə olmuşdur.

Mollanəsrəddinçi  Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycanda yeni əxlaq, zəh­mət­­­keş­­­lə­rin azadlıq və tərəqqisinə xidmət edən mənəviyyat uğrunda mübarizənin ön sıra­la­­­rında get­­miş­dir. O, yeni əxlaq və mənəviyyat uğrunda mübarizənin ça­riz­mə, bəy, xan, mül­kə­dar və Şura hö­­ku­mə­tin­­də münasibətlərə qarşı mübarizənin mü­­hüm tər­kib his­səsi he­sab edir və ay­dın gö­rür­dü­ ki, zəhmətkeş kütlələri öz azad­­­­lığı uğ­run­da mü­ba­­ri­zə­yə hazırlamaq üçün yal­nız möv­cud ictimai mü­na­si­bət­lə­ri deyil, həm də bu mü­na­­sibətlərin doğurduğu mə­nə­vi poz­ğun­lu­ğu, hər cür zülmə, haq­­­sızlığa bə­raət qa­zan­dı­ran uydurma dini xura­fat­çılığı ifşa et­mək, ya­ra­­maz əx­la­qın insan şəxsiy­yə­­ti­ni, şərəf və lə­yaqətini amansız­ca­sı­na tapdalan­dı­ğı­nı açıb gös­­tər­­­məkdən ibarət ol­ma­­lıdır. Ömər Faiq Nemanzadə vurğulayır ki, əx­laq insanlarda aciz­lik, mü­­ti­­­l­ik, köləlik psi­xo­­logiyası, ictimai əda­­lət­­sizliyə və zülmə döz­mək əhvali-ru­hiy­yə­si de­yil, xal­­­qın azad­­lı­ğı, vətənin tərəq­qi­si və səadəti işinə xid­mət edən nə­cib si­fət­­lər aşıla­ma­lıdır. Əx­­­­laq in­sa­nı yüksəltməli, onun həyati tələbatına, əsil in­sa­ni zöv­qünə uyğun ol­ma­lı­­dır.

Ömər Faiq Nemanzadə xurafatı, mövhumatı, mis­tik əqi­­­də­ləri tən­qid etməklə yanaşı, ayrı-ay­rı nüfuzlu, an­caq yalançı din xadimlə­ri­­ni, avam ca­ma­atın mü­qəddəs sandığı axund, şeyx və se­yid­lə­rin də rəzil və iyrənc si­­­­ma­sı­nı açıb gös­tə­rir.

Ömər Faiq Nemanzadə bəşəriyyətin əfəndisi sayılan Məhəmməd Pey­­ğəmbərin bu kəlamını əsas götürərək ya­­zırdı ki, hər yanda olduğu kimi, Şəkidə də qadının hüququ yox idi. Qadınlar ki­şi­lə­rin tam mə­nası ilə əsi­ri və qulu idilər. Həqiqət belə olduğu halda islam məm­lə­kət­lə­ri­nin hər ye­rində söyləyib eşidildiyi kimi, bura əfəndiləri də “İslam şəriətində qa­dın­la­ra bö­yük haqq və ixtiyar ve­ril­miş” deyib dururlardı. Hal­bu­ki, bunlar üçün nə bir mək­təb, nə də bir cəmiyyət vardı. Qa­dın­­ların həyatları ancaq yüksək divarlarla çev­­rələnmiş hə­yət­­lər içərisində keçirdi. Mey­dan­çalarda, bağlarda, küçələrdə, hətta məs­­cidlərdə də be­l­ə gö­rünməzlərdi. Şirin bir söz ol­­maq üzrə “Cən­nət qadınların ayaq­ları altındadır” bu­yu­­­ran şəriətmədar, döyülüb-söyül­dü­­­yün­dən ötrü ərindən bo­şan­maq istəyən qadına şə­­ri rüs­xət verməməklə onu və onun cən­­nə­tini əri­nin ayaq­ları al­tına, cəhənnəmin di­bi­­nə bu­raxdığını ya öküzlüyündən heç an­la­­mırdı və ya bi­lə-bilə iki­üzlülük, şeytanlıq edir­di. Bu halda, hankı cənnət qadınların ayaq­­ları al­tın­dadır bil­mi­rəm. Sözün doğ­ru­su­nu söy­lə­mək lazım gəlirsə indiki həyatda bü­tün hu­ri qılmanlar ilə bərabər cənnət ki­şilərin, cə­hənnəm də qadınların ayaqları al­tın­da­dır de­yərək ya­zır­dı: “Dinin guya qa­­dınlar əley­hi­nə söylədiyi, qadınların indiyə qə­dər olan hal­ları gös­­tə­­r­irdi ki, bu ki­mi yıldızlı cüm­lə­lər, onları yuxuladan lay-lay­dan başqa bir şey de­yil­di. Bu kimi lay­la­lar bir deyil, on de­yil, istərsə yüzlərcə ol­sun, madam ki, o laylaları de­­­yənlərin öz­lə­ri o kimi laylalara uşaq­casına alışmış, on­ları bir din əmri, bir ənənə, bir adət”, bir üsul sanmış, bunların də­yişdirilməsi, ara­dan çıxarılması çox çətin. Bun­la­rın də­yiş­­­di­ril­məsi isə, ancaq bunları ya­radan be­yinlərin dəyişdirilməsinə bağlı. Bu­na görə de­mək olar ki, qadınlar onlara qar­şı edi­lən zülmləri, onların başına gətirilən bə­laları dini bir mü­qəd­də­mat (alın yazısı – H.H.) hesab etdikcə çəkdikləri əzab və əziy­­yətlər­dən heç vaxt qur­­tula bilməzlər. Və bu qurtuluşu da özgələrdən – kişilərdən yox, ancaq öz­lə­rin­dən göz­­lə­­məlidirlər. Bu da an­caq ictimai bir inqilab və ümumi ma­arif sayəsində ola bi­lər... Qa­dın­lar əl-əyaq­larını bağ­layıb özlərini satlıq bir mal və mə­tah mənziləsinə en­di­rən bu ki­mi hökm­­ləri, din və möv­humat zən­cirlərini qırıb xi­las ol­ma­larını öz­gə­lər­dən yox, yal­nız öz­lə­rindən göz­lə­mə­lidirlər”

Qeyd etdiyimiz kimi, Ömər Faiq Nemanzadə xurafatçılıqdan yaxa qurtarmağın yolunu elmdə, təhsildə, xalqın savadlanmasında görürdü. Elmdən, təhsildən, xalqın savadlanmasından danı­şar­kən isə mək­­­­təbə böyük əhəmiyyət verirdi. Xalqın savadlanması üçün dünyəvi məktəb­lə­ri, əsil mə­­­nada həqiqi elm verən məktəblərin sayını artırmaq lazım idi. Ömər Faiq yeni mək­­­təb­ləri köh­­­nə molla məktəbləri ilə müqayisə edir və həmçinin, yeni tipdə açıl­mış mək­­təblərə üs­­tün­lük verirdi. Çünki burada dünyəvi dərslər tədris edilir. Pe­da­qoji təh­sil almış, sa­vadlı müəl­lim­­lər dərs verir. Biz bu münasibətlə Ö.F.Ne­man­za­dənin “Dərd­mənd” im­za­sı ilə yazdığı “Qız məktəbi” felyetonunda oxuyu­ruq: “Biz müsəl­ma­na fərz­­dir, nəinki oğ­lan məktəbi, xeyir, bizlərə vacibdir ünas (qız mək­təbi), çünki bi­zim ba­la­­larımızın tər­biyəsi anaların əlindədir... Bunlar hamısı biş sözlərdir... Bizim ar­vadlara nə olub, ar­vad­­ların nəyinə la­zım­dır oxu­maq?.. Bəli, bir Kə­nan kimi də la­məz­həb xanım gəti­rin, bu da qızları yoldan-din­dən çı­xartsın. Kə­­nan əgər müəllimdir, ni­yə küsuf-xüsuf ya səh­viyyat və ya təharətdən bir şey uşaq­lara öyrətmir? A molla da­­yı, bizim ba­şı­mıza lap daş düşüb. Kənan öyrədib ki, dün­­­ya neçə qitədir, filan də­niz, filan şəhər nə­rə­də­dir?. Nə bilim, keçmiş padşahlar nə iş gö­­rüb... in­sana nə la­zım­dı... Belə-belə gic söz­lər...”

Yuxarıda qeyd etdik ki, Ne­man­za­də möv­hu­mat­çılığın tüğ­­yan et­məsinə çox heyif ki, bir çox ədib və şairlər də, elm ocağı olan mək­təblər də kömək etdi” – deyirdi. Ö.F.Nemanzadə xalqın tərəqqisini müəllimlərin fəa­liy­­­yə­­tində gö­rürdü. “Şərqi-rus”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Yeni iq­­bal”, “Qar­daş kö­mə­­yi” və baş­­qa mətbuat orqanlarında “Ömər Faiq” “Ö.F.Neman­za­­də”, “Dərd­­­­­­li”, “Ümid var”, “Ümid”, “Naməyus”; “Molla Nəsrəddin” jurnalında isə “Mo­­­­­­zalan”, “Lağ­­lağı”, “Mol­­la Nəs­­rəddin”, “Molla Qulu”, “Məşrutəçi”, “Mömün”, “Kö­­­tək­çi” və s. imzalar ilə, bə­zən­ də im­za­sız çıxış edərək mü­əl­­limləri ömrünü xalq yolunda, zəh­mət­­keş bala­la­rı­nın təlim və tər­bi­yə­si uğ­run­da fəa­liy­­yət gös­tər­­məyə sərf etmiş peda­qoq­­lar kimi (Yan Amos Komenski, Tomas Mor, Con Belleres, J.J.Russo, H.Pestalossi və b.) hə­rə­kət etməyə ça­ğı­rır­dı.

Yekun olaraq qeyd edək ki, Ömər Faiq Nemanzadə nakam ömrünün sonuna kimi mübarizə apararaq Azər­bay­canın kənd və şə­hərlərində dünyəvi məktəblərin böyük şəbəkəsini yaratmaq arzusuna çatmışdır. Nemanzadə yaradıcılığında mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırışı, əx­­­­­la­­­­­qi keyfiyyətlərin təbliğini, qadına olan münasibət məsələlərini ən müasir mə­na­da ic­ti­mai hüquq bərabərliyi mövqeyindən təhlil və təsvir etmiş, ictimai həyat haq­qın­da­kı fi­­kir­­lə­ri Azərbaycan və ümumən Şərqdə yeni bir cığır salmışdır.

 

Həsən Hüseynov

Naxçıvan Müəllimlər İnstititu

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930