SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar republikada yanğınsöndürənlərin peşə hazırlığı artırılır-FOTO

Muxtar republikada yanğınsöndürənlərin peşə hazırlığı artırılır-FOTO
12-06-2020, 13:43

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat fəaliyyətinin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, məşğələnin əsas məqsədi növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə xidmətin təşkili və aparılması, növbələrin dəyişdirilməsi, daxili naryadın aparılması zamanı nizamnamələrin tələblərinə uyğun fəaliyyəti təşkil etmək, şəxsi heyətin peşə hazırlığı səviyyəsini artırmaq məqsədilə yanğın xilasetmə hazırlığı üzrə normativləri yerinə yetirmək bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.

Məşğələnin planına uyğun olaraq ilk növbədə növbətçi yanğınsöndürmə xidmətlərinin yerbəyerinin keçirilməsi qaydası məşq etdirilib, fiziki idman hazırlığı üzrə çalışmalar yerinə yetirilib, şəxsi heyətdən yanğın xilasetmə hazırlığı üzrə normativlərin təlimata uyğun qəbul olunması təmin olunub. Daha sonra növbətçi yanğınsöndürmə xidməti rəisləri tərəfindən xidməti sənədlərin işlənilməsi, radio rabitə vasitələri ilə danışıq qaydaları, şəxsi heyətin “Həyəcan” siqnalı ilə çağırış qaydaları və radiotelefonçulara aid sənədlərin işlənilməsi əyani şəkildə şəxsi heyətə çatdırılıb. Təlimdən və yanğından sonra yanğınsöndürmə avtomobillərinə, yanğın-texniki vasitələrə texniki qulluğun göstərilməsi, yol vərəqlərinin düzgün doldurukması üzrə aidiyyəti vəzifəli şəxslərin vəzifə borclarının yerinə yetirilməsi qaydası şəxsi heyətə öyrədilib. Yekunda maddi vəsaitlərin uçotunun aprılması, aylıq, rüblük və illik üzləşmələrin aparıması, həmçinin anbara mədaxil və məxaric olunan əşya-əmlaklarının qeydiyyatının aparılması üzrə anbar rəislərinin nəzəri bilikləri təkmilləşdirilib.

 Muxtar republikada yanğınsöndürənlərin peşə hazırlığı artırılır-FOTO
Muxtar republikada yanğınsöndürənlərin peşə hazırlığı artırılır-FOTO
Muxtar republikada yanğınsöndürənlərin peşə hazırlığı artırılır-FOTO
Muxtar republikada yanğınsöndürənlərin peşə hazırlığı artırılır-FOTO
Muxtar republikada yanğınsöndürənlərin peşə hazırlığı artırılır-FOTO

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930