SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu

Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu
21-02-2019, 14:52

Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Aeroflot Open” şahmat turnirində ilk turun oyunları keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, güclü şahmatçıların yarışdığı A turnirində mübarizə aparan hər iki təmsilçimiz ilk turda qələbə qazanıb.

Rauf Məmmədov rusiyalı Semyon Lomasovu, Eltac Səfərli isə Ermənistan təmsilçisi Aram Hakobyanı məğlub edib. Şahmatçılarımız bu nəticə ilə ilk turdan sonra 10-28-ci yerləri bölüşür.

Bu gün II turda Rauf Məmmədov rumıniyalı Boqdan Daniel Deakla, Eltac Səfərli isə hindistanlı Çitambaram Aravindh ilə qarşılaşacaq.

Turnirin B qrupunda mübarizə aparan altı şahmatçımızdan isə yalnız biri qələbə qazana bilib. Gənc şahmatçımız Vüqar Əsədli rusiyalı Ruslan Yandarbiyevdən güclü olub. 18 yaşadək şahmatçımız 1-17-ci yerləri bölüşür.

Məhəmməd Muradlı, Aydın Süleymanlı, Read Səmədov və Ülviyyə Fətəlliyevanın ilk turdakı oyunları heç-heçə nəticələnib. Xanım Balacayeva isə çinli Kaiuyu Ninqə məğlub olub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031