SON DƏQQƏ

naxcivanxeberleri.com

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı bölgənin inkişafına töhfəsini verəcək

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı bölgənin inkişafına töhfəsini verəcək
12-06-2020, 02:17

Muxtar respublikamızın sosial-iqtisadi inkişafında mühüm rolu olan amillərdən biri də əlverişli bank-maliyyə sisteminin formalaşmasıdır. Ötən dövrdə həyata keçirilən iqtisadi islahatlar bank fəaliyyətinin stimullaşdırılmasına şərait yaratmış, bank sistemində sabitlik və dinamik inkişaf təmin edilmişdir. Regional iqtisadi inkişafın yeni prinsiplər üzərində qurulmasının təminatçısı kimi yaranan “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də ötən dövrdə böyük inkişaf yolu keçmişdir.

 

Real sektorun dəstəklənməsində xüsusi əhəmiyyəti ilə seçilən cəmiyyət istər həyata keçirilən pulkredit əməliyyatlarında, istərsə də sahibkarlıq institutlarının yaradılması və formalaşmasında mühüm rol oynayıb. Xatırladaq ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti həm də Azərbaycanda yeganə regional bank kimi tanınır. “Naxçıvanbank” ASC fəaliyyət göstərdiyi dövrdə mühüm uğurlara imza atıb. Əhaliyə, xüsusilə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə bank və maliyyə xidmətləri göstərməkdə böyük təcrübə qazanıb. Bank təklif etdiyi məhsul və xidmətləri ilə qısa müddətdə böyük müştəri auditoriyası və məmnuniyyəti qazanıb. Müasir bank xidmətləri göstərə bilməsi üçün “Naxçıvanbank” ASC 2008-ci il avqustun 29-dan Əmanətlərin Sığortalanması Fondunun (ADİF), 2010-cu ildən milli ödəniş sistemi “AZİPS”in, 2011-ci ildən Beynəlxalq Banklararası Ödəniş Sistemi olan SWIFT-in, 2012-ci ildən “MasterCard” beynəlxalq ödənişsisteminin, 2015-ci ildən “VISA” beynəlxalq ödəniş sisteminin üzvüdür.

Bununla yanaşı, bank 2013-cü ildən “MONEX” və 2018-ci ildən “UPT” sürətli pulköçürmə sisteminə qoşulub. Ayrıca 2015-ci ilin may ayından “Naxçıvanbank” ASC beynəlxalq maliyyə bazarları üzrə informasiya xidməti verən ən böyük maliyyə təşkilatı “Bloomberg”in üzvüdür. Bununla yanaşı, bank nağdsız ödənişlərin inkişafı üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən elan edilmiş müsabiqələrdə Azərbaycan bankları arasında “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında birinci, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə isə üçüncü yerə layiq görülmüşdür. Bu günədək baş ofisi ilə yanaşı, Naxçıvan şəhərində, Şərur, Culfa, Ordubad rayonlarında və Bakı şəhərində filialları fəaliyyət göstərən bankın mayın 27-də Kəngərli rayonunda da yeni filialının açılışı oldu. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir bank fəaliyyət göstərdiyi yerin inkişafına və əhalinin güzəranın yaxşılaşmasına töhfə verməlidir. Bank bu məsələni daim əsas götürməli, fəaliyyətini təhlil etməli, kreditlərin aşağı faiz dərəcəsində olmasına çalışmalı, tələbatı nəzərə almalıdır. Fəaliyyətin bu cür qurulması həm bankın, həm də təsərrüfatların inkişafına imkan verəcəkdir. “Naxçıvanbank”Açıq Səhmdar Cəmiyyətinin kollektivi əhalinin onlara olan etibarını bundan sonra da qoruyub saxlamalı, ölkəmizin şəffaf fəaliyyət göstərən banklarısırasında öz yerini qorumalıdır. Bankın istifadəyə verilməsi hər bir yerin əsasinkişaf göstəricisidir. Verilən kreditlərin əlçatan olması, əkinçiliyin, maldarlığın və digər təsərrüfat sahələrinin inkişafına yönəldilməsi bankın fəaliyyət istiqaməti olmalıdır.

Kəngərli muxtarrespublikanın yeni yaranan rayonudur. Rayonda kənd təsərrüfatının inkişafı əsas yer tutur. Digər bir tərəfdən məskunlaşma artır. Ona görə də Kəngərli rayonunda kənd təsərrüfatı və ipoteka kreditlərinin verilməsi diqqətdə saxlanılmalıdır”. Qeyd edək ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti hazırda 6 filialı və 1 mübadilə şöbəsi, 40 bankomat, 50 ödəniş terminalı, 840 POS-terminaldan ibarət ödəniş infrastrukturuna malikdir. Bankın 1 may 2020-ci il tarixə kredit portfelinin həcmi 103 milyon 146 min manat olmuşdur ki, bunun da 59 milyon 327 min manatını muxtar respublikada kənd təsərrüfatı və real sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlər təşkil edir. Kredit portfelinin böyük bir hissəsinin kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilməsi onun göstəricisidir ki, bank muxtar respublikada özəl sektorun ən böyük dəstəkçisidir.

Eyni zamanda verilən kreditlərin, əsasən, kənd təsərrüfatı yönümlü olması aqrar-sənaye məkanı kimi inkişaf edən muxtar respublikamızda müxtəlif aqrar təsərrüfatların yaradılmasına və inkişafına genişimkanlar açır. Hamımıza məlumdur ki, bu gün muxtar diyarımızda əhalinin 70 faizdən çoxu kəndlərdə yaşayır. Burada da əhalinin ənənəvi məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Son illərdə aqrarsahəyə mühüm töhfəsi ilə seçilən yeni ailə təsərrüfatlarının yaradılması və ya mövcud olanların fəaliyyətlərinin genişləndirilməsi təsərrüfat sahiblərinin mikrokreditlərə ehtiyacını yaradır ki, bunun da təminatında “Naxçıvanbank” ASC çox böyük rol oynayır. Buradan isə belə bir nəticəyə gəlmək mümkündür ki, adıçəkilən bank kənd təsərrüfatı və real sektorda fəaliyyət göstərən subyektlərin inkişafını daim düşünür və bu sahədə böyük təcrübəyə malikdir. Bank faizlərinin ölkə üzrə ən aşağı dərəcələrlə verilməsi isə “Naxçıvanbank”ın əlverişli kredit bazarı formalaşdırmasına, həmçinin əhali və işgüzar insanlar arasında müsbət imic yaratmasına səbəb olub. Bu mənada, Kəngərli rayonunda bankın yeni filialının açılması da müsbət tərəfləri ilə diqqət çəkir. Hər şeydən əvvəl, Kəngərli rayonu mühüm kənd təsərrüfatı bölgəsidir. Son illərdə rayonda aqrarsahənin inkişafı ilə bağlı dövlət tərəfindən böyük layihələr həyata keçirilib, eyni zamanda bu işlər hazırda da davam etdirilir. Görülən tədbirlər nəticəsində hər il Kəngərli rayonunda yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Nəticədə isə məhsul istehsalı artır, yeni təsərrüfatlar yaranır, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti genişlənir. Bütün bu proseslər isə maliyyə olmadan, dövlət dəstəyi göstərilmədən mümkün deyil. Bu mənada, bankın rayon filialı torpaq mülkiyyətçilərinə, kiçik sahibkarlara yüksək xidmət göstərəcək. Eyni zamanda nəzərə alaq ki, əvvəllər rayon sakinləri banka müraciət üçün Naxçıvan şəhərinə gəlməli idilər və bu da vaxt itkisinə səbəb olurdu. Artıq bundan sonra həmin problemlər yaşanmayacaq.

Necə deyərlər, artıq müştərilər banka yox, bank müştərilərin ünvanınadək gəlib. Digər tərəfdən yeni filial təkcə sahibkarlar üçün deyil, sakinlər üçün dəmüxtəlifmaliyyə əməliyyatları aparmaq, pul köçürmələri etmək, elektron ödənişlərdən yararlanmaq və sairdən istifadə etmək imkanı veribdir. Çünki filial binasında yaradılmış hərtərəfli iş şəraiti buna imkan verir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının 28 May –Respublika Günü ərəfəsində istifadəyə verilməsi həm də rəmzi məna daşıyır.Açılış mərasimindəAli Məclis Sədrinin dediyi kimi: “Ölkəmizdə Heydər Əliyev siyasətinin davam və inkişaf etdirilməsi müstəqilliyimizi qoruyub saxlamış, bütün sahələrin, eləcə də bank sisteminin inkişafını təmin etmişdir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də müstəqillik illərində yaranmış və inkişaf yolu keçmişdir”.

 

Səbuhi HƏSƏNOV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930