SON DƏQQƏ

naxcivanxeberleri.com

AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys həftədə 2 dəfə yerinə yetiriləcək

AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys həftədə 2 dəfə yerinə yetiriləcək
11-06-2020, 19:24

Bugündən etibarən Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışına başlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib.E.Hacıyevin sözlərinə görə, reyslər həftədə 2 dəfə həyata keçiriləcək:
"İlk reys iyunun 18-i saat 12:00-da Bakıdan Naxçıvana baş tutacaq. Həmin gün saat 15:00-da Bakıdan Naxçıvan istiqamətinə ikinci reys həyata keçiriləcək. Həmin gün Naxçıvandan Bakıya saat 14:10-da birinci, 17:10-da ikinci reys reallaşacaq. Ondan sonra hər həftənin ikinci və dördüncü günləri Bakıdan 15:00-da, Naxçıvandan isə 17:10-da reyslər yerinə yetiriləcək".AZAL rəsmisi plastik kartı olmayan sərnişinlərə şərait yaradılacağını da qeyd edib: "İndiki tələblərimizə görə yalnız hərə özünə məxsus kartla bilet almalıdır. Amma kartı olmayan sərnişinlər Çağrı mərkəzimizə zəng etməklə digərinin kartı ilə özünə bilet ala bilər. Amma bu xidmət məhdud sayda sərnişinə göstəriləcək".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930