SON DƏQQƏ

naxcivanxeberleri.com

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır

DMX: Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin icazə müddəti 60 gün uzadılır
11-06-2020, 15:48

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 1 iyul 2020-ci il tarixinədək bitəcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, xidmətdən verilən məlumatda bildirilir ki, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 iyul 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 1 iyul tarixinədək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30 - 60 gün müddətinə (istəklərinə uyğun olaraq) uzadılacaq.

Eyni zamanda, müvəqqəti olma müddəti artıq 30 gün uzadılmış və həmin müddəti 1 iyul tarixinədək bitəcək olan əcnəbilərin də müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30 gün müddətinə uzadılacaq.

Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaqdır. Bununla bağlı əlavə məlumat veriləcəkdir.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər. Daha ətraflı məlumat üçün fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930