SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda abonentlər fasiləsiz təbii qazla təmin olunur

Naxçıvanda abonentlər fasiləsiz təbii qazla təmin olunur
11-06-2020, 08:30

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Muxtar respublikanın şəhər və rayon ərazilərindən may ayında daxil olan müraciətlərə əsasən 2 mənzil (ev) qazlaşdırılmışdır.

Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 iyun 2020-ci il tarixə cəmi 20 min 230, o cümlədən cari ilin may ayında 63 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir. Ötən ay Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismar idarələrinin qəzadispetçersahələrinin 24 saat aktiv olan 104 nömrəli qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə ümumi 813 çağırış daxil olmuşdur.

May ayında muxtar respublika qaz şəbəkəsində 526 qaz sızması aşkarlanmış, texniki istismar və təhlükəsizlik qaydalarının tələblərinə müvafiq bu sızmalar aradan qaldırılmışdır. Naxçıvan Muxtar Respublikasında may ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir- tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur. Muxtar respublikada yerli qaz istismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930