SON DƏQQƏ

naxcivanxeberleri.com

AMEA əməkdaşlarının sayı açıqlandı

AMEA əməkdaşlarının sayı açıqlandı
10-06-2020, 22:28

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının sayı açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə akademiyanın onlayn ümumi yığıncağında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov məlumat verib.

O bildirib ki, AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 10 036 nəfərdir.

Elmi işçilərin ümumi sayı 4 700, o cümlədən 581 nəfəri elmlər doktoru, 1 925 nəfəri fəlsəfə doktorudur.

Bildirilib ki, AMEA-nın tərkibi 168 üzvdən (67 həqiqi üzv, 101 müxbir üzv) ibarətdir. Akademiyanın doktoranturasına fəlsəfə doktoru hazırlığı proqramı üzrə 100 nəfər, elmlər doktoru hazırlığı üzrə 31 nəfər (12 əyani, 19 qiyabi), AMEA-nın dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 68, elmlər doktoru hazırlığı üzrə 107 nəfər qəbul olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930