SON DƏQQƏ

naxcivanxeberleri.com

Ekoloji tədbirlər diqqət mərkəzindədir

Ekoloji tədbirlər diqqət mərkəzindədir
10-06-2020, 15:27

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə sosial-ekoloji siyasət uğurla davam etdirilir.

Ötən ay ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı 7 yoxlama-reyd keçirilmişdir. Bu sahədə 1 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür. Ordubad, Şərur, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 20-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmış, müəyyən çatışmazlıqlar da aşkar edilmişdir. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi tapşırıqlar ­verilmişdir.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında aprel ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 8 su nümunəsi olmaqla, ümumilikdə, 24 su nümunəsi götürülmüş və 360 analiz aparılmışdır. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır. 


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılmışdır. Ötən ay bu ilin yaz əkin planına uyğun olaraq Naxçıvan Sement Zavodunun ətrafında salınmış püstə bağının genişləndirilməsi məqsədilə 2 hektar sahədə yeni püstə bağı salınmış, nazirliyin tabeliyində olan tingçilik sahələrində ərsəyə gələn 850 püstə tingi ilə əkin aparılmış, ərazinin suvarılması üçün yeraltı damcılı suvarma sistemi quraşdırılmışdır. Həmçinin püstə bağında 65 hektar sahədə cərgələr arasında texnika vasitəsilə şum aparılmış, aqrotexniki qulluq göstərilmişdir. Ötən illərdə salınmış meyvə bağlarına aqrotexniki qaydada qulluq göstərilmiş, Uzunoba Su Anbarının yuxarı hissəsindəki meyvə bağlarına üzvi gübrə verilmiş, Naxçıvan Şəhər Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksinin ətrafında, Uzunoba, Xal-Xal, Badaşqan, Kültəpə, Yeniyol, Pircüvar, Rüstəm Dövlət Meşəsi ərazilərində suvarma aparılmışdır. Hesabat dövründə Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində 0,2 hektar sahədə yeni tingçilik sahəsi yaradılmış, Ordubad Milli Parkı ərazisində 5 hektar sahədə badamça, alça, yemişan, həmərsin toxumları ilə əkin işləri aparılmışdır.
Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir. Hesabat dövründə Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə geoloji axtarış, kameral və ümumi xarakterli işlər uğurla yerinə yetirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında müvafiq sərəncamların icrası məqsədilə nazirliyin hamiliyinə verilmiş ixtisasların tələbələri ilə onlayn bağlantı qurularaq Sədərək Rayon Su Monitorinq Laboratoriyasında sularda aparılan laborator analizlər haqqında geniş məlumat verilmiş, tələbələri maraqlandıran mövzular ətrafında müzakirələr aparılmışdır. Bu cür onlayn görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930