SON DƏQİQƏ

10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"

10:27 - Dövlət başçısı: "Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir"

10:24 - Prezident: "Bu görüş Rumıniyanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərə verdiyi əhəmiyyəti nümayiş etdirir"

10:21 - İlham Əliyev: "Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakı göstərir ki, biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk"

10:16 - “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində faəliyyətlərin icrasına başlanılıb-FOTO

10:07 - Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir-FOTO,CANLI

10:00 - Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb-FOTO

09:52 - Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus üç avtomobilin maneəsiz hərəkətinə şərait yaradılıb

09:44 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.02.2023)

09:32 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.02.2023)

09:21 - Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb-FOTO

09:12 - Xankəndi-Laçın yolundakı aksiyanın 54-cü günü: ekofəallar dəyişməz etirazlarını davam etdirir

09:00 - Muxtar respublikada ötən il 400-ə yaxın elektron imza sertifikatı verilib-FOTO

00:00 - Günün qoroskopu - 03.02.2023

23:42 - Ermənistan AES-in keçmiş baş direktoru bir milyon dollardan çox pulu mənimsəməkdə ittiham olunur

naxcivanxeberleri.com

İkili vətəndaşlığı olan şəxslər ölkəmizdə müddətli həqiqi hərbi xidmət keçməlidirlərmi?

İkili vətəndaşlığı olan şəxslər ölkəmizdə müddətli həqiqi hərbi xidmət keçməlidirlərmi?
9-06-2020, 14:00

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş və orada həqiqi hərbi xidmət etmiş şəxslər Azərbaycan Respublikasının vətəndaşı da olduğu təqdirdə yəni ikili vətəndaşlığı olduqda ölkəmizdə müddətli həqiqi hərbi xidmət keçməlidirlərmi?

Vətəndaşlıq hüququ əsas insan hüquqlarından biri olmaqla şəxsin hüquqi statusunu müəyyən edir. Nəzərdə tutulmuş hüquq və azadlıqları şəxs yalnız tam həcmdə o zaman həyata keçirə bilər ki, o, hər hansı bir dövlətin vətəndaşı olsun və şəxsin hüquqlarının həyata keçirilməsinə dövlət təminat versin.

Vətəndaşlıq hüququnda əsas məsələlərdən biri də ikili vətəndaşlığa malik şəxslərlə bağlıdır. İkili vətəndaşlıq dedikdə, şəxsin iki dövlətin vətəndaşlığına mənsub olması başa düşülür. Ümumiyyətlə, ikili vətəndaşlıq bir sıra hallarda yaranır. Məsələn, yeni doğulmuş uşağın valideynlərinin iki müxtəlif dövlətin vətəndaşları olması, uşağın gələcəkdə ikili vətəndaşlığa mənsub olması imkanı əldə etməsinə gətirib çıxarması və ya daha çox rast gəlinən hallardan biri də naturalizasiya (vətəndaşlığın şəxsi vəsatətlə əldə edilməsi) yolu ilə  başqa dövlətin vətəndaşlığını əldə etməsi və sairədir. Bu zaman ikili vətəndaşlığı olan şəxslər hər iki ölkədə hüquq və azadlıqlara malik olduğu kimi, hər iki dövlət qarşısında öhdəliklər də götürürlər. 

 

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Göründüyü kimi qanunverici Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi əsası kimi iki meyarı: qan və torpaq bağını rəhbər tutmuşdur.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə 30 may 2014-cü il tarixli, 973-IVQD nömrəli Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə 1 ay müddətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 01 may 2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmişdir. Həmin dəyişikliyə əsasən 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılmışdır. Həmin dəyişiklik edilməmişdən əvvəl müəyyən olunmuş həmin müddət ərzində məlumatın verilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olurdu. Lakin Cinayət Məcəlləsinə edilən bu dəyişiklikdən sonra 318-2-ci maddə Məcəllədən çıxarılmışdır. Ona görə də xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə 1 ay müddətinə məlumat verilməməsi cinayət məsuliyyəti yaratmayacaqdır. Lakin bu o demək deyil ki, ikili vətəndaşlığı olan şəxslərin dövlət qarşısında heç bir öhdəliyi yoxdur. Konstitusiyamızın 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur və qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar da ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

     “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Göründüyü kimi Azərbaycan Respublikasında ikili vətəndaşlıq tanınmır. Buna görə ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının da vətəndaşları olduqlarına görə, onların Azərbaycan Respublikası Konstitusiyası və mövcud qanunvericiliklə tanınan hüquqlarla bərabər vəzifə və öhdəlikləri də mövcuddur və başqa dövlətə mənsubiyyəti tanımayan Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmət keçmək öhdəliyi qanunvericilikdən irəli gələn vəzifədir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci və 3.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin qanunun 12.9-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qanunun 23.0.5-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. 

     Çağırışçılar qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmaları Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur və bu məsuliyyətə cəlb olunmuş şəxslər barəsində iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Əgər bu əməllər müharibə vaxtı törədilərsə bu zaman həmin şəxslər CM-in 321.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmaqla  3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

 

Afət KƏRİMLİ

Culfa rayon prokurorluğunun böyük müstəntiqi

II dərəcəli hüquqşünas                                                                                    

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728