SON DƏQQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyindən həssas qruplardan olan tələbələrin təhsil haqqı ilə bağlı yeni açıqlama

Təhsil Nazirliyindən həssas qruplardan olan tələbələrin təhsil haqqı ilə bağlı yeni açıqlama
9-06-2020, 17:28

“Həssas qruplardan olan tələbəyə imkan veriləcək ki, təhsil haqlarının ödənilməsi ilə bağlı sənədlərini iyunun sonuna qədər aidiyyəti üzrə təqdim etsinlər”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı deyib.

O xatırladıb ki, sənəd qəbulu iyunun 10-u başa çatır: “Məqsədimiz son tarixlə prosesi yekunlaşdırmaq deyil. Bizdə olan məlumatlar təsdiqini tapmırsa ayın sonuna kimi məlumatları dəqiqləşdirsin, sənədlərin tamlığına diqqət edilsin. İstəyimiz süründürməçilik olmadan rahat şəkildə məsələnin həllini tapmasıdır”.

Qeyd edək ki, bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər, magistratura səviyyəsində təhsil alan 1061 nəfər, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1939 nəfər və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930