SON DƏQQƏ

naxcivanxeberleri.com

Universitet və kolleclərə ərizə qəbulu bu gün başa çatır

Universitet və kolleclərə ərizə qəbulu bu gün başa çatır
9-06-2020, 10:09

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu bu gün başa çatır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  iyunun 9-u saat 10.00-a olan məlumata görə I-IV ixtisas qrupları üzrə Azərbaycan və rus bölməsi üzrə ümumiliklə 72 041 abituriyent elektron ərizəsini təsdiq edib.

Onlardan 65 950 nəfəri Azərbaycan, 6 091-i isə rus bölməsi üzrə təhsil alanlardır.

Bundan başqa, V qrup üzrə qeydiyyatdan keçənlərin sayı 56 823 nəfərdir. Tam orta ixtisas təhsili üzrə isə bu rəqəm 59 739 təşkil edir.

Xatırladaq ki, abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930