SON DƏQQƏ

naxcivanxeberleri.com

Rəssamlar “Gəmiqaya” Tarix-Bədii Qoruğunu ziyarət ediliblər-FOTO

Rəssamlar “Gəmiqaya” Tarix-Bədii Qoruğunu ziyarət ediliblər-FOTO
8-06-2020, 18:00

15 iyun Milli Qurtuluş günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdaşları dünyanın ən qədim insan məskənlərindən biri olan Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşən Gəmiqayada olublar.


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyindən NAXÇIVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılmışdır.
“Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzeyi ilə tanış olduqdan sonra Naxçıvan MR Rəssamlar Birliyinin əməkdaşları "Qaranquş" adlanan ərazidə açıq səma altında Naxçıvanın beş minillik tarixinə aid, tariximizin etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən, qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlərlə tanış olublar. Açıq səma altında yerləşən, qədim rəssamların daş üzərində yaratdıqları əsərlər qalereyasında, mənəvi sakitlik, müsbət enerji və yaratmaq eşqi hissi güclü təzahür edir. Daşlar üzərində süjet və kompozisiya həlli ilə fərqlənən rəsmlərin mövzusu, əcdadların inanc və əmək fəaliyyətini göstərən döymə üsulu ilə həyata keçirdikləri daşlar üzərində möhtəşəm təsvirlərdir və bu təsvirlər, əbədi olaraq xalqın yaddaşına həkk olunur.

Rəssamlar “Gəmiqaya” Tarix-Bədii Qoruğunu ziyarət ediliblər-FOTO

Rəssamlar “Gəmiqaya” Tarix-Bədii Qoruğunu ziyarət ediliblər-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930