SON DƏQQƏ

naxcivanxeberleri.com

Nehrəm və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir

Nehrəm və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir
8-06-2020, 10:30

İnsanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Son illərdə muxtar respublikada yeni su mənbələrinin və su təchizatı infrasrukturlarının istifadəyə verilməsi, membran tipli sutəmizləyici qurğuların quraşdırılması və  əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra vacib addımlar atılır, genişmiqyaslı layihələr həyata keçirilir.

Meliorasiya və Su Təsərrüfat Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Belə ki, 2012-ci ildən  həyata keçirilən “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilir, su boruları yenilənir, suyun bütün sakinlər arasında düzgün paylanması və bərabər səviyyədə ödənilməsi istiqamətində işlər davamlı xarakter daşıyır.

Hazırda Babək rayonunun Nehrəm və Araz kəndlərində bu layihə icra edilir. 2020-ci ilin yanvar-may aylarında 26,8 kilometr su, 15,1 kilometr kanalizasiya xətti çəkilmişdir.  Belə ki, layihə çərçivəsində Nehrəm və Araz kəndlərində ümumilikdə  84,8 kilometr uzunluğunda su xətti, 60,5 kilometr kanalizasiya xətti çəkilmiş, 2755 su ev birləşməsi  və 788  kanalizasiya ev bağlantısı aparılmışdır. Tikinti işləri aparılarkən keyfiyyətə xüsusi diqqət yetirilir.

Tikinti işlərinin icrası başa çatdıqdan sonra Nehrəm və Araz kəndlərinin su təchizatında olan problemlər tamamilə aradan qaldırılacaq və 17 mindən artıq sakin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Əhalinin sosial rifah halının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya  layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcək.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930