SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu il də bağlarımızda meyvə boldur

Bu il də bağlarımızda meyvə boldur
8-06-2020, 05:30

Rayonumuz ta qədimdən müxtəlif meyvələri ilə məşhurdur. Yengicə armudu dadı, ətri ilə xəstələrə şəfa verir, Şərurda “şalax ərik” adlanan meyvənin, göycəmizin tingini harada əkirlərsə-əksinlər, buradakı dadı-tamı, ətri vermir.

Yuxarı Daşarx, Aşağı Daş­arx, Oğuz kəndlərində, Dərəkənddə yetişdirilən hülü (şaftalı) Naxçıvan, Bakı və Sumqayıt bazarlarına çatan kimi satılıb qurtarır, hətta Rusiyada da çoxlu müştərisi vardır.

Aşağı Yaycı, Yuxarı Yaycı, Axura, Həmzəli, Havuş, Şahbulaq, Tənənəm kəndlərinin alması, heyvası, armudu həm şirinliyinə, həm ətrinə, həm də xarici görünüşünə görə əvəzsizdir. Rayonumuzda cəviz və fındıq bağlarının genişləndirilməsi istiqamətində aparılan tədbirlər bu gün də davam etdirilir.

Bu il də şəxsi həyətlərdə və pay torpaqlarında bol meyvə yetişdirilir. Müxtəlif yerlərdə salınmış bağlardakı ağaclar meyvənin ağırlığına güclə tab gətirirlər. Əvvəlcə göycənin şirinliyini dadanlar, daha sonra bağlardan ərik, gilas, gilənar, alça dərməyə başlayırlar. Yay armudu da artıq sulanmağa başlamışdır. Bu günə kimi bağlardan yüz tonlarla müxtəlif meyvələr dərilmişdir.

 

"Şərurun səsi"

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930