SON DƏQQƏ

naxcivanxeberleri.com

Təzə üzüm yarpağından hazırlanan dolmanın dadından doymaq olmur

Təzə üzüm yarpağından hazırlanan dolmanın dadından  doymaq olmur
8-06-2020, 00:50

Muxtar respublikamızda bişirilən mövsüm yeməkləri arasında təzə üzüm yarpağından hazırlanan dolma da üstünlük təşkil edir və sevilir. Bəs, üzüm yarpağının faydalarını bilirsinizmi? Mütəxəssislər iddia edirlər ki, əsasən də zeytun yağı ilə hazırlanan ətli yarpaq dolması aşağı kaloriyə və yüksək qida dəyərinə malikdir, sağlam qidalanmaya xidmət edən yeməkdir.

Üzüm yarpağı bağırsaq üçün əhəmiyyətlidir, qəbizliyin qarşısını alma, xolesterolu aşağı salma kimi müsbət təsirləri var. Dolmanı hazırlayanda düyü yerinə yarmadan istifadə etsəniz, yeməyiniz daha ləzətli olar və daha çox müsbət təsirdən yararlana bilərsiniz. Zeytun yağı ilə hazarlanan dolma ürək sağlamlığı üçün qoruyucu təsirlərə malikdir.

Yarpaq dolması immunitet sistemini gücləndirən və infeksiyalara qarşı qoruyucu olan «A» və «C» vitaminləri ilə zəngindir. Bu vitaminlər isə xərçəngə qarşı xeyirlidir.

Üç ədəd üzüm yarpağından ibarət bir pay yemək bədənə 124 mikroqram «A» vitamini verir. Bu isə gündəlik «A» vitamini ehtiyacının 10 faizindən çoxdur. «A» vitamini isə xroniki xəstəliklərin inkişafının və erkən yaşlanmanın qarşısını alır.

Onu da nəzərə almaq lazımdır ki, payız-qış aylarında istifadə etmək üçün duza qoyulan üzüm yarpağı yüksək təzyiqdən və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün  zərərli ola bilər. Bu təsiri azaltmaq üçün istifadədən əvvəl mütləq suda saxlanılmalı və artıq duzu aparılmalıdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930