SON DƏQQƏ

naxcivanxeberleri.com

Darıdağ Arsenli Su Müalicəxanası və istirahət kompleksində quruculuq işləri davam edir

Darıdağ Arsenli Su Müalicəxanası və istirahət kompleksində quruculuq  işləri davam edir
7-06-2020, 14:14

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda bir-birinin ardınca həyata keçirilən tikinti-quruculuq tədbirləri insanların qəlbini fərəh və iftixar hissi ilə doldurur. İlbəil genişlənən bu tikinti quruculuq ünvanları şəhər və kəndlərimizin simasını dəyişməklə yanaşı, əhalinin rifahına, məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Son illər muxtar respublikada aparılan tikinti- quruculuq işlərindən Culfa rayonuna da xeyli pay düşüb. Əlbəttə, bütün bunlar dövlət qayğısının bariz nümunəsidir. “Mineral suların təbii muzeyi” adlandırılan muxtar respublikamızda 200- dən artıq mineral və müalicəvi su mənbəyi vardır ki, bunlardan biri də Culfa Rayonunda yerləşən Darıdağ arsenli suyudur. Darıdağda yerləşən bu su əsrlərin sınağından çıxaraq özünə “şəfa suyu” adını qazandırıb. 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin dərmanıdır. 1978-ci ildən fəaliyyət göstərən bu müalicəxanaya üz tutanlara ilin bütün fəsillərində, həftənin bütün günlərində xidmət göstərilir. Son illər müalicəxanaya müraciət edənlərin sayı daha da artmışdır. Bu məqsədlə artan tələbat nəzərə alınaraq burada yeni kompleksin tikintisinə başlanılmışdır. Darıdağ Arsenli Su Müalicəxanası və istirahət kompleksinin tikintisi 2019-cu ilin mart ayının 10-dan start götürmüşdür. Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq müalicəxananın birinci mərtəbəsində restoran, mağaza və iş otaqları yerləşəcək. Birinci mərtəbədə eyni zamanda qadın və kişilər üçün iki böyük, iki balaca çarhovuz da nəzərdə tutulmuşdur. Digər mərtəbələrində istirahət otaqları yerləşəcək. Binada həmçinin kişi müalicəxana bölümündə bərbər, masaj və VİP masaj otaqları, qadınlar üçün nəzərdə tutulmuş müalicəxana hissəsində gözəllik salonu, mətbəx və masaj otağı yerləşəcək. İnşaatçılar bu günə qədər binada təchizat işləri - elektrik, su və kanalizasiya işlərini yerinə yetirmişdir. Binanın fasad hissəsində suvaq işləri tamamlanmışdır. Binada pəncərə və qapıların çərçivələri qoyulmuşdur. Zirzəmi də daxil olmaqla binanın üç mərtəsində alçı işləri tamamlanmaq üzrədir. Binada 2 lift quraşdırılması nəzərdə tutulmuşdur. Hal-hazırda obyektdə əsas divarların hörgüsü tam başa çatdırılmış, binanın dam örtüyü vurulmuşdur. Qeyd edək ki, metal konstruksiyalar əsasında quraşdırılan dam örtüyü yüksək keyfiyyətlə həyata keçirilmişdir. İş icraçısı Kənan Hüseynov qeyd etdi ki, obyekt vaxtlı-vaxtında inşaat materialları ilə təmin olunur. Darıdağ Arsenli Su Müalicəxanasının ətrafında işıqlandırma sistemi qurulacaq və gülkarlıq yardılacaqdır. Həmçinin Darıdağ Arsenli Su Müalicə Mərkəzinə gedən yol da əsaslı şəkildə təmir olunur. Avtomobillərin rahat gediş-gəlişi üçün yol genişləndirilir, körpülər və su keçidləri yenidən qurulur. Bu işlər yekunlaşdıqdan sonra asfalt örtük salınacaq. Burada aparılan kompleks quruculuq işləri həm rayonumuzda yeni bir gözəllik guşəsinin yaradılmasına, həm də insanların istirahətinin daha da yaxşılaşdırılmasına şərait yaradacaqdır. Yaradılan şərait vətəndaşlarımızın bu sərvətdən daha yaxşı bəhrələnməsinə imkan verəcək. Tezliklə həyata vəsiqə alacaq bu yeni quruculuq ünvanı muxtar respublikamızda və eləcə də rayonumuzda müalicə turizminin inkişafına öz töhfəsini verəcəkdir.

 

ARAZIN SƏSİ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930