SON DƏQQƏ

naxcivanxeberleri.com

Yaylaq mövsümünə hazırlıq işləri davam etdirilir

Yaylaq mövsümünə hazırlıq işləri davam etdirilir
6-06-2020, 02:19

Heyvanların yaylaqlarda otarılması onların yemlərə olan tələbatının ödənilməsi ilə yanaşı, istehsal olunan məhsulların dadına və keyfiyyətinə görə fərqlənməsinə, ucuz başa gəlməsinə şərait yaradır. Bu cəhətdən heyvanların yaylaq şəraitində saxlanılmasının böyük əhəmiyyəti vardır.

Heyvanların yaylaqda, açıq və təmiz havada saxlanılması orqanizmin fizioloji funksiyalarına yaxşı təsir göstərir, orqanizmdə maddələr mübadiləsini artırır, cavan mal-heyvanın boy artımına və inkişafına kömək edir.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov, xidmətin bir sıra əməkdaşları Şərur Rayon Baytarlıq İdarəsinin müdiri Cəlal Kamalovun başçılıq etdiyi həkim briqadası ilə birlikdə Şahbuz rayonunun Keçəldağ yaylağında heyvanların yataq yerlərində aparılan dezinfeksiya işləri ilə tanış olublar. Xidmətin rəisi kənd təsərrüfatı heyvanlarının yaylaq dövrü ərzində məhsuldarlığının yüksəldilməsi və sağlamlığının qorunması üçün heyvan sürülərinin yaylaqlara aparmadan öncə kliniki müayinədən keçirilməsi, yataq yerlərinin və su hövzələrinin ətraf ərazilərində dezinfeksiya işlərinin aparılması, heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu xəritəsinin müəyyən edilməsi, heyvan sürülərinin əvvəlcədən müəyyənləşdirilmiş marşrutla hərəkətinin təmin edilməsi üçün bir sıra tapşırıqlar verib.

Bildirilib ki, muxtar respublikada əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsi məqsədilə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Baytarlıq xidməti də bu məqsədlə müasir tələblərə uyğun qurulub, maddi-texniki baza möhkəmləndirilib. Qəbul olunmuş Dövlət proqramlarının icrası məqsədilə heyvanların yaylaq şəraitində profilaktik peyvəndləmə tədbirlərinə cəlb edilməsi, müşahidə olunan xəstəliklərə qarşı operativ tədbirlərin həyata keçirilməsi, yaylaqlarda zoobaytarlıq və zoogigiyenik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi daim nəzarətdə saxlanılmalıdır.

Otlaqlarda otarmanın idarə edilməsi mövzusuna da toxunan xidmət rəisi vurğulayıb ki, əgər heyvanlar bir yerdə uzun müddət otarılarsa, onlar çəki və məhsuldarlığını, bitkilər isə tez bərpaolunma qabiliyyətini itirər. Otarılacaq heyvanların say həddi hər bir otlaq sahəsinin bioloji məhsuldarlığı nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Otlaqların həddən artıq yüklənməsi torpaqlarda bitki potensialının itməsinə, çim qatının dağılmasına, onların eroziyaya uğramasına, hətta istifadə dövriyyəsindən çıxmasına səbəb olar. Bu sahələri eroziyadan mühafizə etmək və onların məhsuldarlığını artırmaq ətraf mühitin mühafizəsi və heyvandarlığın inkişafı baxımından əhəmiyyətlidir. Otlaqlardan qaydasız istifadə etmək istər təsərrüfat, istərsə də sanitargigiyenik cəhətdən əlverişli deyildir. Çünki belə otarmada yüksək süd məhsulu almaq, heyvanların diri çəkisini artırmaq mümkün olmur. Buna görə də otlaqlardan səmərəli istifadə olunmalı və xəstəliklərə qarşı mübarizə tədbiri kimi növbəli otarma sistemi tətbiq edilməli, sahibkarların bu sahədə maarifləndirilməsi işləri gücləndirilməlidir.

Elnur ƏlİYEV

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşı

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930